6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kolumbiya Qəzzaya dəstək addımı göstərib

Kolumbiya hökuməti İsrailin Qəzzada apardığı hücumlara etiraz olaraq kəsdiyi diplomatik əlaqələrdən sonra Fələstinə rəsmi səfir təyin edib.

17 İyun 2025 10:04
Kolumbiya Qəzzaya dəstək addımı göstərib

BAKI, AzerVoice

İsraillə diplomatik əlaqələri kəsən Kolumbiya Fələstinə səfir təyin edib.

AzerVoice xəbər verir ki, Kolumbiya hökuməti İsrailin Qəzzada apardığı hücumlara etiraz olaraq kəsdiyi diplomatik əlaqələrdən sonra Fələstinə rəsmi səfir təyin edib.

Xarici işlər naziri Laura Sarabia səfir vəzifəsinə Xorxe İvan Ospinanın təyin olunduğunu və onun diplomatik missiyasına başladığını açıqlayıb.

Paytaxt Boqotada təşkil edilən rəsmi mərasimdə çıxış edən Sarabia bildirib ki, Kolumbiya Qəzzada baş verən hadisələrə səssiz qala bilməz.

“Qəzzada yaşanan soyqırım qarşısında susmaq heç vaxt bir seçim ola bilməz. Fələstinin əzablarına biganə qala bilmərik. Oradakı insanlar yalnız bombalardan deyil, aclıqdan da həyatını itirir. Ospina Kolumbiyanın Fələstindəki səsi olacaq” - deyə o qeyd edib.

“Yaxın Şərqdə sülh yalnız iki dövlətli həll yolu ilə mümkündür. Biz Fələstin xalqı ilə həmrəy olacağıq və onların səsini beynəlxalq aləmdə eşitdirəcəyik”- deyə Ramallahdakı yeni səfir Ospina isə çıxışında Fələstin xalqının hüquqlarına hörmət edilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Kolumbiyanın sabiq prezidenti Xuan Manuel Santos səlahiyyət müddətinin son günlərində – 3 avqust 2018-ci ildə Fələstini dövlət kimi tanımışdı. Hazırkı prezident Qustavo Petro isə 20 oktyabr 2023-cü ildə Ramallahda səfirlik açacağını açıqlamış, 2024-cü il mayın 3-də isə Kolumbiya Qəzzadakı qırğınlara görə İsraillə diplomatik münasibətləri rəsmi şəkildə dayandırmışdı.

Məqalədə: #İsrail #Fələstin #Kolumbiya #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #İsrail Fələstin münaqişəsi #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi #Fələstin-İsrail iki dövlətli həll

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.