6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp razılaşmanın əldə olunmasına ümid edir - Heqseth

ABŞ müdafiə naziri Pit Heqseth Yaxın Şərqdə artan gərginlik fonunda ölkəsinin bölgədəki hərbi və diplomatik mövqelərinin qorunacağını bəyan edib.

17 İyun 2025 10:32
Tramp razılaşmanın əldə olunmasına ümid edir -  Heqseth

BAKI, AzerVoice

ABŞ Yaxın Şərqdəki hərbi və diplomatik aktivlərini qoruyacağını açıqlayıb.

AzerVoice xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqseth Yaxın Şərqdə artan gərginlik fonunda ölkəsinin bölgədəki hərbi və diplomatik mövqelərinin qorunacağını bəyan edib.

Heqseth “Biz ayıq və hazırıq. Əvvəldən bildiririk ki, burada vətəndaşlarımızı və maraqlarımızı qorumaq üçün varıq” - deyə vurğulayıb.

Nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında sülh əldə olunmasını arzulayır və İranla nüvə sazişi bağlamağı hədəfləyir. “Prezident Tramp açıq şəkildə bildirib ki, razılaşma masadadır. Sual budur ki, İran bu fürsəti dəyərləndirəcəkmi?” - deyə o qeyd edib.

Pit Heqseth özünün X hesabında paylaşdığı bəyanatda bölgəyə “əlavə imkanlar yerləşdirmək” əmri verdiyini də açıqlayıb.

Qeyd edək ki, İsrailin iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini və yüksək rütbəli hərbi rəhbərliyi hədəf alması ilə başlayan hücumlar nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri və 9 nüvə alimi daxil olmaqla onlarla şəxs həlak olub. Mülki itkilərin sayı 224 nəfər olaraq açıqlanıb. İranın ballistik raketlərlə cavab zərbələri nəticəsində isə İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Bir çox ölkə, xüsusilə də Türkiyə, İsrailin bu hücumlarını qınayıb.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #Yaxın Şərq #İsrail və İran gərginliyi #İran İsrail münasibətləri #ABŞ-ın müdafiə naziri Pete Hegseth #İsrailin İran hücumu #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.