4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Tehrandan “qeydsiz-şərtsiz təslim” tələb edir

İsrail və İran arasında altı gündür davam edən hava müharibəsi çərşənbə günü yeni raket hücumları ilə davam edib.

18 İyun 2025 10:24
Tramp Tehrandan “qeydsiz-şərtsiz təslim” tələb edir

BAKI,AzerVoice

İsrail və İran arasında altı gündür davam edən hava müharibəsi çərşənbə günü yeni raket hücumları ilə davam edib.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp isə Tehranın "qeydsiz-şərtsiz təslim" olmasını tələb edərək regiondakı gərginliyə sərt reaksiya verib.

İsrail ordusu çərşənbə günü səhər saatlarında İranın Tel-Əviv istiqamətində iki raket zərbəsi endirdiyini açıqlayıb. İsrail Hərbi Hava Qüvvələri Tehranın cənub-qərbində yerləşən hərbi obyektlərə zərbə endirmək üçün sakinlərə təxliyə çağırışı edib.

İran mediası İsrailin SEPAH-a bağlı universitetə, paytaxt yaxınlığındakı Xocir ballistik raket bazasına və digər strateji obyektlərə hava hücumları təşkil etdiyini bildirib.

Donald Tramp sosial şəbəkədə paylaşdığı mesajda Ayətullah Əli Xameneinin yerini bildiklərini yazıb və “hələlik öldürməyəcəyik… səbirimiz azalır” deyə xəbərdarlıq edib.

Bundan cəmi üç dəqiqə sonra isə "UNCONDITIONAL SURRENDER!" – "QEYDSİZ-ŞƏRTSİZ TƏSLİM!" paylaşımı ilə İranı açıq şəkildə təslim olmağa çağırıb.

Ağ Ev rəsmiləri Trampın İsrailin baş naziri Netanyahu ilə telefon danışığı apardığını və ABŞ Milli Təhlükəsizlik Şurası ilə fövqəladə iclas keçirdiyini açıqlayıblar.

Pentaqon rəsmiləri ABŞ-ın bölgəyə əlavə qırıcı təyyarələr göndərdiyini və mövcud hərbi hava qüvvələrinin bölgədə qalma müddətinin uzadıldığını bildiriblər. ABŞ hələlik birbaşa müharibəyə daxil olmasa da, İsrailə atılan raketlərin vurulmasına yardım edir.

İsrail isə açıqlamasında İran hava məkanına nəzarəti ələ keçirdiyini və hücumların daha da gücləndiriləcəyini bildirib. Lakin strateji obyektlərin – xüsusilə də Fordo kimi dərin yeraltı nüvə obyektlərinin – sıradan çıxarılması üçün ABŞ-ın birbaşa iştirakı tələb olunur.

İsrail hücumları nəticəsində Ayətullah Xameneinin əsas hərbi və təhlükəsizlik müşavirlərinin öldüyü bildirilir. İranın kiberkomandanlığı rabitə cihazlarından istifadəyə qadağa qoyub. İran mediası İsrailin ölkənin rəqəmsal infrastrukturuna qarşı “kütləvi kiberhücum” başlatdığını xəbər verir.

İsrail, İranın nüvə silahı hazırlamaq üzrə olduğunu iddia edərək hava hücumlarına start verib. Tehran isə nüvə texnologiyasını yalnız sülh məqsədləri üçün istifadə etdiyini bildirir. Beynəlxalq Atom Enerjisi Agentliyi isə Natanz nüvə kompleksinin yeraltı bölməsinin İsrail zərbələri ilə vurulduğunu təsdiqləyib.

İran rəsmiləri 224 nəfərin, əsasən mülki şəxslərin öldüyünü açıqlayıb. İsrail isə 24 mülki vətəndaşın həyatını itirdiyini bildirib. Hər iki ölkədə minlərlə insan evakuasiya edilib.

Dünyanın ən böyük qaz yataqlarından biri olan İran-Qətər sərhədindəki South Pars kompleksinin də zərbəyə məruz qalması enerji bazarlarında ciddi narahatlıq yaradıb.

Məqalədə: #İsrail #İran #ABŞ #Tel-Əviv #Donald Tramp #Tehran #Ayətulla Seyid Əli Xamenei #İran-İsrail geosiyasi mübarizəsi #İsrail İran hücumu 2025

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.