5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İrana hücum etmək qərarına gəlməmişəm, müharibədə hər şey dəyişir - Tramp

ABŞ prezidenti Donald Tramp İrana hücum edib-etməmək barədə hələ yekun qərar vermədiyini, lakin Yaxın Şərqdə münaqişəyə qarışmaq istəmədiyini bildirib.

19 İyun 2025 09:24
İrana hücum etmək qərarına gəlməmişəm, müharibədə hər şey dəyişir - Tramp

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp İrana hücum edib-etməmək barədə hələ yekun qərar vermədiyini, lakin Yaxın Şərqdə münaqişəyə qarışmaq istəmədiyini bildirib.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Tramp “Yuventus” komandasını Oval Ofisdə qəbul edərkən İsrail-İran gərginliyi ilə bağlı yeni qiymətləndirmələr edib.

İsrailin İrana hücuma başladığı günə toxunan Tramp, gərgin və dağıdıcı bir gecənin keçdiyini və münaqişənin bundan sonra daha da artdığını bildirib.

İrana hücum edib-etməməsi ilə bağlı ABŞ prezidenti "Nə edəcəyimlə bağlı fikirlərim var, lakin hələ son qərarı verməmişəm. Son saniyəyə qədər son qərarı vermək istəyirəm. Çünki müharibədə hər şey dəyişir" deyib.

ABŞ-ın Yaxın Şərqdəki münaqişəyə cəlb edilib-edilməməsi ilə bağlı Tramp “Mən bu münaqişəyə qarışmaq istəmirəm” - deyə qeyd edib.

Bölgədəki vəziyyəti yaxından izlədiklərini ifadə edən Tramp, “Bir azdan Situasiya Otağında (İsrail-İran məsələsində) görüşəcəyik” deyib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Məqalədə: #Donald Tramp #Yuventus #İsrail və İran gərginliyi #Trampın Qəzza planı #Trampın siyasətləri #Trampın fərmanları #Trampın iddiaları #İsrail-İran münaqişəsi #Trampın Avropa siyasəti #Tramp İran siyasəti #İran və İsrail gərginliyi #Donald Tramp 2025 siyasəti #İran-İsrail gərginliyi #İran-İsrail münaqişəsi #İsrail İran hücumu #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.