13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Türkiyə təhlükəsizlik sahəsində mühüm tərəfdaşdır - Aİ

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyənin regional və beynəlxalq təhlükəsizlik sahəsində artan rolunu vurğulayıb.

19 İyun 2025 15:51
Türkiyə təhlükəsizlik sahəsində mühüm tərəfdaşdır - Aİ

BAKI, AzerVoice

Türkiyəni təhlükəsizlik aktyoru kimi görürük.

AzerVoice xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyənin regional və beynəlxalq təhlükəsizlik sahəsində artan rolunu vurğulayıb.

O bildirib ki, Türkiyə Aİ üçün mühüm tərəfdaş və təhlükəsizlik aktyorudur.

Aİ Komissiyasında çıxışı zamanı Kallas Türkiyənin yeni maliyyələşdirmə aləti olan Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) çərçivəsində mümkün iştirakı ilə bağlı suala cavab verərək qeyd edib ki, Birliyin müdafiə layihələrinə Türkiyə kimi namizəd ölkələrin də daxil edilməsi planlaşdırılır

“Aİ-də təhlükəsizlik və müdafiə ilə bağlı qərarlarımız yeni maliyyə imkanları yaradır. Bu, birgə satınalmalar və layihələr üçün rıçaq rolunu oynayır. Türkiyə kimi tərəfdaşlarla əməkdaşlıq üçün mexanizmlər mövcuddur.” - deyə Kallas bildirib.

Aİ-nin müdafiə sənayesində ABŞ-dan asılılıq səviyyəsinə də toxunan Kallas qeyd edib ki, Avropa öz müdafiə sənayesini gücləndirməlidir. Onun sözlərinə görə, SAFE çərçivəsində Türkiyə ilə ortaq müdafiə layihələri həyata keçirmək mümkün olacaq.

“Türkiyə namizəd ölkə kimi bu proqramlardan faydalana bilər. Onu təhlükəsizlik sahəsində ciddi bir aktyor kimi görürük”, – deyə Kallas əlavə edib.

Kaja Kallas çıxışı zamanı Yaxın Şərqdə artan gərginliklərə, xüsusilə İsrail-İran qarşıdurmasına da münasibət bildirib. O, nüvə obyektlərinə hücumların narahatlıq doğurduğunu və İranla diplomatik yollarla həll axtarışlarının vacibliyini vurğulayıb.

Kallas həmçinin qeyd edib ki, İstanbul bir çox görüşlərin keçirildiyi diplomatik mərkəzə çevrilib və bu səbəblə Türkiyənin vasitəçilik səyləri beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.

Məqalədə: #Türkiyə #ABŞ #Avropa İttifaqı (Aİ) #Türkiyə müdafiə sənayesi #İsrail-İran münaqişəsi #Türkiyənin vasitəçiliyi #Türkiyənin mövqeyi #Kaja Kallas

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.