8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail Fordo nüvə obyektinə giriş yollarını bağlayıb

İsrail ordusu İrandakı Fordo Nüvə Müəssisəsinə aparan yola hava hücumu təşkil etdiyini və obyektə giriş-çıxışı əngəllədiyini açıqlayıb.

23 İyun 2025 16:49
İsrail Fordo nüvə obyektinə giriş yollarını bağlayıb

BAKI, AzerVoice

İsrail ordusu Fordo nüvə obyektinə girişin qarşısını almaq üçün əməliyyat keçirdiyini təsdiqləyib.

AzerVoice xəbər verir ki, İsrail ordusu İrandakı Fordo Nüvə Müəssisəsinə aparan yola hava hücumu təşkil etdiyini və obyektə giriş-çıxışı əngəllədiyini açıqlayıb.

Bu bəyanatla son günlər İsrail mətbuatında yer alan məlumatlar rəsmi şəkildə təsdiqlənmiş olub.

Ordu obyektin giriş yollarının dəqiq hansı formada vurulduğuna dair ətraflı məlumat paylaşmasa da, hücumun məqsədinin İranın strateji nüvə infrastrukturuna çıxışı məhdudlaşdırmaq olduğu bildirilib. Eyni zamanda, İranın daxili təhlükəsizlik məntəqələrinin və İnqilab Keşikçiləri Korpusuna bağlı hərbi mərkəzlərin də hədəf alındığı vurğulanıb.

İsrailin açıqlamasında Sarullah qərargahı, Baş Kəşfiyyat Mərkəzi və Seyid əl-Şühəda əsgərlərinin yerləşdiyi obyektlərə də zərbələr endirildiyi bildirilib. Ordu bu hücumların İran rejiminin hərbi potensialını zəiflətmək məqsədi daşıdığını qeyd edib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın bir sıra nüvə obyektlərinə və yüksək rütbəli hərbi rəhbərliyinə qarşı irimiqyaslı hava hücumları həyata keçirib. Bu hücumlar nəticəsində Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı və 9 nüvə alimi də daxil olmaqla onlarla şəxs həlak olub. İran Səhiyyə Nazirliyi mülki itkilərin 430 nəfəri keçdiyini, yaralı sayının isə 3500-dən çox olduğunu açıqlayıb. İyunun 22-də isə ABŞ İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib.

Məqalədə: #İsrail #ABŞ #İran İsrail münasibətləri #Nüvə obyektlərinə hücum riski #İran-İsrail münasibətləri #İsrailin İran hücumu #İranın nüvə obyektləri #İran İsrail qarşıdurması #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.