7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranın Nüvə Proqramı Məhv Olmayıb - Pentaqon

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kəşfiyyat hesabatına əsasən, ötən həftəsonu İranın üç nüvə obyektinə endirilən hava zərbələri, İranın nüvə proqramının əsas infrastrukturunu tamamilə məhv etməyib, sadəcə onu bir neçə ay geriyə atıb.

25 İyun 2025 11:22
İranın Nüvə Proqramı Məhv Olmayıb - Pentaqon

BAKI,AzerVoice

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kəşfiyyat hesabatına əsasən, ötən həftəsonu İranın üç nüvə obyektinə endirilən hava zərbələri, İranın nüvə proqramının əsas infrastrukturunu tamamilə məhv etməyib, sadəcə onu bir neçə ay geriyə atıb.

AzerVoice xəbər verir ki, məsələ ilə tanış üç mənbə, ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə əsaslanaraq bildirib ki, zərbələr nüvə proqramının əsas komponentlərini sıradan çıxarmayıb.

Hesabat Pentaqonun Müdafiə Kəşfiyyat Agentliyi (DIA) tərəfindən hazırlanıb və ilkin nəticələrə əsaslanaraq, hücumların İranın uran zənginləşdirmə qabiliyyətinə maksimum altı ay gecikmə yaratdığı vurğulanıb.

Mənbələr qeyd edib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı məhv edilməyib və santrifuqalar əsasən "sağlam" qalıb.

Beş səhifəlik ilkin hesabatda həmçinin qeyd olunur ki, hücumlardan öncə İran zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsini daha təhlükəsiz, gizli nüvə obyektlərinə köçürə bilib.

Mənbələr bildirirlər ki, bu dəyərləndirmə hələ ilkin mərhələdədir və gələcəkdə yeni məlumatlarla dəyişə bilər.

Ağ Ev isə hesabatın mövcudluğunu təsdiqləsə də, onun nəticələri ilə razılaşmadığını bildirib. Ağ Evin mətbuat katibi Karoline Leavitt bu qiymətləndirmənin "tamamilə səhv" olduğunu və onun sızdırılmasının məqsədli şəkildə Prezident Donald Trampı nüfuzdan salmağa yönəldiyini deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 21 iyun tarixində B-2 strateji bombardmançı təyyarələrinin İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə hava hücumu endirdiyini bəyan edib və bu zərbələrin İranın nüvə infrastrukturunu “tamamilə və kökündən məhv etdiyini” iddia edib.

Məqalədə: #İsrail #İran #Tehran #Pentaqon #Vaşinqton #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İran-ABŞ gərginliyi #ABŞ Pentaqonunda məlumat sızması #Pentaqon və kibertəhlükəsizlik

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.