6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qələbəyə qədər Qəzzaya hücumlar davam etməlidir - Smotriç

İsrailin maliyyə naziri və ifrat sağçı Dini Sionizm Partiyasının lideri Bezalel Smotriç Baş nazir Benyamin Netanyahudan Qəzza zolağında məhbus mübadiləsi və atəşkəslə bağlı dolayı danışıqları dərhal dayandırmağı tələb edib.

30 İyun 2025 17:50
Qələbəyə qədər Qəzzaya hücumlar davam etməlidir - Smotriç

BAKI, AzerVoice

İsrailin ifrat sağçı naziri Netanyahunu Qəzzaya hücuma çağıaraq, məhbus mübadiləsinə qarşı çıxıb.

AzerVoice xəbər verir ki, İsrailin maliyyə naziri və ifrat sağçı Dini Sionizm Partiyasının lideri Bezalel Smotriç Baş nazir Benyamin Netanyahudan Qəzza zolağında məhbus mübadiləsi və atəşkəslə bağlı dolayı danışıqları dərhal dayandırmağı tələb edib. O, hərbi əməliyyatların “qalibiyyətlə nəticələnənə qədər” davam etdirilməli olduğunu bildirib.

Smotriç bu fikirləri partiyasının həftəlik qrup toplantısında səsləndirib. O, həmçinin İsrailin 13 iyunda İrana başladığı və artıq 12 gündür davam edən hücumlarla Tehranın nüvə proqramına ciddi zərbə vurduqlarını iddia edib.

İsrail mətbuatının məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Netanyahu Qəzzada yaxın 2 həftə ərzində mümkün atəşkəslə bağlı razılığa gələ bilər. Tramp da iyunun 27-də etdiyi çıxışda "gələn həftə Qəzzada atəşkəs əldə oluna bilər" deyib.

Qəzzada saxlanılan israilli məhbusların ailələri Smotriçin bəyanatına sərt reaksiya veriblər. Onlar nazirin əsirlərin geri qaytarılması ilə bağlı real planının olmadığını və xalqı təhlükəli populist çağırışlarla çaşdırdığını bildiriblər.

Qeyd edək ki, İsrail Nazirlər Kabineti məhbus mübadiləsi və atəşkəs danışıqlarını müzakirə etsə də, hələlik konkret qərar qəbul edilməyib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #Donald Tramp #İsrail-İran münaqişəsi #Betsalel Smotriç planları #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi #İsrail-İran atəşkəsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.