13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Vyetnam məhsullarına tətbiq olunan rüsumları azaldacaq

ABŞ Prezidenti Donald Tramp, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə telefon danışığı zamanı Birləşmiş Ştatların vyetnam məhsullarına tətbiq edilən gömrük rüsumlarını azaldacağını bildirib.

2 İyul 2025 21:30
Tramp Vyetnam məhsullarına tətbiq olunan rüsumları azaldacaq

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə telefon danışığı zamanı Birləşmiş Ştatların vyetnam məhsullarına tətbiq edilən gömrük rüsumlarını azaldacağını bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Vyetnamın Rəsmi İnformasiya Agentliyi (VNA) məlumat yayıb.

Məlumata görə, tərəflər Vyetnam-ABŞ münasibətləri və qarşılıqlı ticarət tarifləri üzrə razılaşma əldə olunması istiqamətində aparılan danışıqları müzakirə ediblər. Hər iki lider, ölkələrin nümayəndə heyətlərinin ədalətli və balanslaşdırılmış ticarət razılaşması üzrə ortaq bəyannaməni razılaşdırmasını müsbət hal kimi dəyərləndirib.

Tramp bəyan edib ki, ABŞ bir çox vyetnam məhsullarının idxal tariflərini əhəmiyyətli dərəcədə azaldacaq və iki ölkə arasında ticarət münasibətlərinə təsir edən məsələlər, xüsusilə hər iki tərəf üçün prioritet olan sahələrdə əməkdaşlığı davam etdirəcək. Vyetnam tərəfi isə ABŞ-ı ölkəni rəsmi şəkildə bazar iqtisadiyyatı olan dövlət kimi tanımağa və bəzi yüksək texnoloji malların ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

İki ölkənin rəhbərləri, qarşıdakı illərdə Vyetnam və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafı istiqamətində əsas istiqamətləri və tədbirləri müzakirə ediblər. Onlar nümayəndə heyətləri arasında təmasların genişlənməsini və iqtisadiyyat, ticarət və investisiya sahələrində, xüsusilə elm və yüksək texnologiyalar kimi əsas və innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsini yüksək qiymətləndiriblər.

Məqalədə: #ABŞ #Donald Tramp #Vyetnam #rüsumlar #To Lam

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İsrasil və Fələstin arasında Oslo razılaşması imzalandı
Bu gün İsrasil və Fələstin arasında Oslo razılaşması imzalandı
12:00
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.