7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Atəşkəs təklifi üzərində danışıqlar aparırıq - HƏMAS

HƏMAS Qəzza zolağında atəşkəs təklifi ilə bağlı fələstinli qruplarla məsləhətləşmələr apardığını və yekun qərarın bu danışıqlardan sonra veriləcəyini bəyan edib.

4 İyul 2025 11:41
Atəşkəs təklifi üzərində danışıqlar aparırıq - HƏMAS

BAKI, AzerVoice

Atəşkəs təklifini müzakirə edirik, yekun qərar veriləcək.

AzerVoice xəbər verir ki, HƏMAS Qəzza zolağında atəşkəs təklifi ilə bağlı fələstinli qruplarla məsləhətləşmələr apardığını və yekun qərarın bu danışıqlardan sonra veriləcəyini bəyan edib.

Hərəkat, vasitəçilərin təqdim etdiyi atəşkəs şərtlərini dəyərləndirməyə davam etdiyini bildirir.

Açıqlamada qeyd olunub ki, HƏMAS-ın məqsədi İsrailin hücumlarını dayandırmaq və Qəzzaya humanitar yardımların sərbəst keçidini təmin etməkdir. "Yekun qərar vasitəçilərə təqdim ediləcək və rəsmi şəkildə elan olunacaq", – deyə bəyanatda vurğulanıb.

Digər tərəfdən, İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sərhədindəki Nir Oz qəsəbəsini ziyarət edib və atəşkəs və əsir mübadiləsi razılaşmasının yaxın zamanda açıqlanacağına dair siqnallar verib.

İsrailin xarici işlər naziri Gideon Saar da danışıqlarda irəliləyiş olduğunu bildirərək, "Dolayı danışıqlara başlamağa hazırıq", – deyə qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 60 günlük atəşkəs üçün İsrailin bütün şərtləri qəbul etdiyini açıqlayıb. Trampın iyulun 7-də İsrail Baş naziri ilə görüşündə bu razılaşmanın rəsmi elan olunacağı gözlənilir.

Qeyd edək ki, atəşkəs danışıqlarında Qətər və Misir vasitəçi rolunu oynayır və HƏMAS-a “son təklif” təqdim ediblər. Fələstin mənbələri HƏMAS-ın razılaşmaya müsbət yanaşdığını bildirir.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #HƏMAS #humanitar yardım #atəşkəs razılaşması #atəşkəs danışıqları #Gideon Saar

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.