7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın Texas ştatında dağıdıcı daşqın hadisəsi olub

ABŞ-ın Texas ştatının mərkəzi bölgələrində güclü yağışların səbəb olduğu daşqınlarda ən azı 13 nəfər həyatını itirib, qızlar üçün nəzərdə tutulmuş yay düşərgəsində olan 20 uşağın itkin düşdüyü bildirilib.

5 İyul 2025 10:17
ABŞ-ın Texas ştatında dağıdıcı daşqın hadisəsi olub

BAKI, AzerVoice
Texasda daşqın fəlakəti - Azı 13 nəfər ölüb, 20 uşaq itkin düşüb.

AzerVoice xəbər verir ki, ABŞ-ın Texas ştatının mərkəzi bölgələrində güclü yağışların səbəb olduğu daşqınlarda ən azı 13 nəfər həyatını itirib, qızlar üçün nəzərdə tutulmuş yay düşərgəsində olan 20 uşağın itkin düşdüyü bildirilib.

Rəsmilər fəlakətin miqyasının geniş ola biləcəyini və itkinlərin sayının artacağından ehtiyat edirlər.

Kerr dairəsinin şerifi Larry Leitha keçirdiyi mətbuat konfransında bildirib ki, axtarışlar davam edir və itkin düşənlərin müəyyənləşdirilməsi bir neçə gün çəkə bilər. O, bölgədə "daşqın xəbərdarlığı"nın qüvvədə olduğunu və təhlükənin tam keçmədiyini əlavə edib.

Texas leytenant qubernatoru Dan Patrikin verdiyi məlumata görə, Hill County-dəki Camp Mystic xristian yay düşərgəsində fəlakətli daşqın nəticəsində 20 uşağın izinə hələlik rast gəlinməyib. Axtarışlara 14 helikopter, 12 pilotsuz uçuş aparatı və 500-ə yaxın xilasetmə əməkdaşı cəlb olunub.

Quadalupe çayının daşması ilə yaranan daşqınlar Texas Milli Qvardiyasını və fövqəladə xidmətləri səfərbər edib. Ştatın qubernatoru Gregg Abbott vəziyyətin ciddi olduğunu vurğulayıb və xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ-ın digər bölgələrində də oxşar fəlakətlər yaşanır. Nyu Cersidə bir gün əvvəl güclü fırtına nəticəsində ağacın avtomobilin üzərinə düşməsi səbəbilə 3 nəfər həyatını itirib.

Məqalədə: #ABŞ #Texas #sel fəlakəti #şiddətli yağışlar #daşqın #Fövqəladə vəziyyət #Təbii Fəlakət #leysan yağışları #fırtına və daşqınlar

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.