BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal sakinləri üçün 45 ton humanitar yardım daşıyan ikinci təyyarəni göndərib.Bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi WAM məlumat yayıb.
Tibetdə 5 bal gücündə zəlzələ baş verib
Çinin Tibet bölgəsində 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Zəlzələnin mərkəzi Nepal və Çində dağıdıcı daşqınların baş verdiyi ərazilərdən yüzlərlə kilometr şimalda qeydə alınıb. Həmin daşqınlarda yüzlərlə insanın öldüyü, mindən çox insanın isə itkin düşdüyü bildirilir. Bundan bir gün əvvəl Tibetin Naqçu bölgəsində 4,7 bal gücündə başqa bir zəlzələ qeydə alınıb. Çin hakimiyyəti Tibetdə daşqın təhlükəsi ilə əlaqədar dördüncü səviyyəli tədbirlər rejimini işə salıb. Təbii sədd nəticəsində yaranmış gölün vəziyyəti və yağıntılar nəzarətdə saxlanılır. Cironq rayonuna vəziyyəti qiymətləndirmək üçün mütəxəssislərdən ibarət heyət göndərilib.
Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb
Əfqanıstanın Nuristan vilayətində güclü daşqınlar nəticəsində azı 20 nəfər həyatını itirib. Təxminən 100 nəfərin itkin olduğu bildirilir. Ən böyük dağıntılar Parun şəhərində qeydə alınıb. Fövqəladə hallar qurumu azı 80 yaralının olduğunu açıqlayıb. Xilasetmə əməliyyatları davam edir. Daşqınların yaşayış məntəqələrinə və infrastruktura zərər vurduğu bildirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.
Banqladeşdə daşqınlar 44 nəfərin həyatına son qoyub, bir milyondan çox insan çətin vəziyyətdə qalıb
Banqladeşdə güclü musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri ağır fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 44 nəfər həyatını itirib. Bir milyondan çox insan çətin vəziyyətdə qalıb. Yeddi rayonda minlərlə ailə xarici aləmlə əlaqəsini itirib. Daşqın suları yaşayış evlərini yararsız vəziyyətə salıb və insanların yemək hazırlamaq imkanı məhdudlaşıb. Elektrik enerjisinin kəsilməsi vəziyyəti daha da ağırlaşdırıb. Yardım qrupları zərərçəkənlərə dəstək göstərsə də, dağılmış yollar və körpülər əməliyyatları çətinləşdirir. Rəsmilər bölgədə humanitar yardım işlərini davam etdirirlər.
Türkiyədə təbii fəlakətlərin statistikası - Son illərdə hansı hadisələr artıb? (ÖZƏL)
Türkiyədə son illərdə baş verən təbii fəlakətlərin statistikası ölkədə xüsusilə meşə yanğınları, daşqınlar və torpaq sürüşmələrinin ciddi risk olaraq qaldığını göstərir. Məlumatlar Fəlakətlərin İdarə Olunması və Qərarların Dəstəklənməsi Sistemi (AYDES) əsasında hazırlanıb. 2024-cü ildə Türkiyədə ümumilikdə minlərlə təbii fəlakət hadisəsi qeydə alınıb. Ən çox rast gəlinən hadisə meşə yanğınları olub. İl ərzində 5 321 meşə yanğını baş verib. Bundan başqa, 1 818 daşqın və sel, 332 torpaq sürüşməsi, 194 zəlzələ, 83 qar uçqunu və güclü qar yağıntısı, həmçinin 19 mədən qəzası qeydə alınıb.
İndoneziyada daşqın qurbanlarının sayı 900 nəfəri ötüb
İndoneziyanın Sumatra adasında güclü leysanlardan sonra baş vermiş daşqınlar nəticəsində azı 908 nəfər həyatını itirib, 4200-dən çox insan yaralanıb.
Meksikada güclü yağışların törətdiyi sel fəlakətində ölənlərin sayı 72-yə yüksəldi
Meksikada ötən həftədən bu yana təsirli olan Priscilla və Raymond tropik fırtınalarının səbəb olduğu güclü yağışlar nəticəsində baş verən sel fəlakətində həlak olanların sayı 72-yə, itkin düşənlərin sayı isə 48-ə çatıb. Meksika mətbuatının məlumatına görə, təbii fəlakət beş ştatda ciddi dağıntılara və insan tələfatına səbəb olub. Ən çox zərər görən bölgələr arasında Veracruz, Puebla və Hidalgo ştatları yer alır. Bu ərazilərə 21 helikopter göndərilib və əlavə xilasedici qüvvələr cəlb olunub.
Almaniyada 2029-cu ilə qədər davam edəcək daşqın əleyhinə infrastruktur planı
Elba çayı hövzəsində yerləşən Döbeln şəhəri iqlim dəyişikliyi nəticəsində artan daşqın təhlükəsinə qarşı Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə qorunur. 2002-ci ildə şəhər son yüzilliyin ən ağır daşqınlarından birini yaşamış, nəticədə 21 nəfər həlak olmuş, 600 bina dağılmış, 300-dən çox biznes sıradan çıxmış və ümumi itkilər 150 milyon avro təşkil etmişdi. 2013-cü ildə də bölgə oxşar fəlakətlə üzləşmişdi.
Pakistanın Pəncab əyalətində daşqınlar səbəbindən 122 min insan təxliyə edilib
Pakistanın Pəncab əyalətinin şərqində güclü yağışlar nəticəsində baş verən daşqınlar son 24 saat ərzində 122 mindən çox insanın təxliyəsinə səbəb olub. Pəncab Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin (PDMA) baş direktoru İrfan Əli Katia, əyalətin Cəlalpur Pirvala şəhərində aparılan təxliyə işləri ilə bağlı açıqlama verib. O bildirib ki, Cəlalpur Pirvala şəhərində son 24 saat ərzində 122 mindən artıq insan evlərini tərk etmək məcburiyyətində qalıb. Çoxları ya qohumlarının yanına sığınıb, ya da yardım düşərgələrində yerləşdirilib.
Pakistanda daşqınlar səbəbindən 300 minə yaxın insan təxliyə edilib
Pakistanın Pəncab əyalətində güclü musson yağışlarının səbəb olduğu daşqınlar və bölgədəki çaylar və su anbarlarında su səviyyəsinin yüksəlməsi nəticəsində son 48 saat ərzində təxminən 300 min nəfər təhlükəsiz bölgələrə köçürülüb. Musson yağışlarının yaratdığı daşqınlar nəticəsində Hindistan sərhədinə yaxın Naroval və Sialkotdan sonra Muzaffargarh bölgəsində də onlarla kənd su altında qalıb. Əyalətin Fəlakətlərin İdarə Olunması Agentliyinin (PDMA) baş direktoru Arfan Əli Katxia bildirib ki, qayıqlarla aparılan axtarış-xilasetmə əməliyyatlarında minlərlə işçi iştirak edir, ordu bölmələri isə su altında qalan kəndlərdən insanların və heyvanların təxliyəsi üçün səfərbər olunub. Son 48 saat ərzində təxminən 300 min nəfər təhlükəsiz bölgələrə təxliyə edilib. Katxia qeyd edib ki, əyalətdəki 33 min kənddə 3,3 milyondan çox insan daşqından zərər çəkib, dağıntıların qiymətləndirilməsi davam edir və evlərini itirənlərə hökumət tərəfindən kompensasiya veriləcək.
Pakistanda daşqın fəlakəti - Pəncabda 33 nəfər həyatını itirib
“Dawn” qəzetinin Pəncab Fəlakət İdarəsinə (PDMA) istinadən verdiyi məlumata görə, son bir həftədə Pəncab əyalətində leysan yağışların səbəb olduğu daşqınlar 33 nəfərin ölümünə və 8 nəfərin yaralanmasına səbəb olub. Daşqınlar təxminən 2 milyon insana təsir edib, bu səbəbdən 506 yardım düşərgəsi qurulub və xilasetmə qrupları 760 min insanı və 516 min heyvanı təhlükəsiz ərazilərə təxliyə edib. Pakistan Milli Fəlakət İdarəsi (NDMA) isə sentyabrın 1-dən 3-dək İslamabad və Pəncabın müxtəlif bölgələrində güclü yağışların gözlənildiyini və daşqın riskinin artacağını xəbərdar edi
Yəməndə güclü yağışlar və daşqınlar insan tələfatına səbəb olub
Yəmənin şimal-şərqindəki Marib vilayətində leysan yağışları, daşqınlar və güclü küləklər nəticəsində üç qaçqın həlak olub, təxminən üç min ailə zərər çəkib. Bu barədə vilayətdəki qaçqın düşərgələrinin idarə olunmasına cavabdeh hökumət qurumu ilkin hesabat yayıb. Hesabata görə, avqust ayında baş verən güclü yağışlar və daşqınlar nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb. Ümumilikdə 2 944 ailə zərər görüb. Onlardan 464 ailənin evləri və sığınacaqları tamamilə, 2 480 ailəninki isə qismən dağılıb.