8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Almaniyada 2029-cu ilə qədər davam edəcək daşqın əleyhinə infrastruktur planı

Elba çayı hövzəsində yerləşən Döbeln şəhəri iqlim dəyişikliyi nəticəsində artan daşqın təhlükəsinə qarşı Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə qorunur. 2002-ci ildə şəhər son yüzilliyin ən ağır daşqınlarından birini yaşamış, nəticədə 21 nəfər həlak olmuş, 600 bina dağılmış, 300-dən çox biznes sıradan çıxmış və ümumi itkilər 150 milyon avro təşkil etmişdi. 2013-cü ildə də bölgə oxşar fəlakətlə üzləşmişdi.

4 Oktyabr 2025 13:00
Almaniyada 2029-cu ilə qədər davam edəcək daşqın əleyhinə infrastruktur planı

BAKI,AzerVoice, Fərid Mikayılov

Elba çayı hövzəsində yerləşən Döbeln şəhəri iqlim dəyişikliyi nəticəsində artan daşqın təhlükəsinə qarşı Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə qorunur. 2002-ci ildə şəhər son yüzilliyin ən ağır daşqınlarından birini yaşamış, nəticədə 21 nəfər həlak olmuş, 600 bina dağılmış, 300-dən çox biznes sıradan çıxmış və ümumi itkilər 150 milyon avro təşkil etmişdi. 2013-cü ildə də bölgə oxşar fəlakətlə üzləşmişdi.

2009-cu ildən başlanan və 2029-cu ilə qədər davam edəcək infrastruktur layihələri çərçivəsində şəhərdə genişmiqyaslı işlər görülür. Kiçik çaylardan birində 2,2 kilometrlik süni kanal çəkilərək eni üç dəfə genişləndirilib. İki çayın qovşağında tikilən bənd isə daşqınların qarşısını almaqda əsas rol oynayır. Buradakı sensor və kameralar su səviyyəsini real vaxt rejimində peyk vasitəsilə ötürür, axın gücləndikdə polad qapı avtomatik açılaraq 70 faiz su süni kanala yönləndirilir.

Şəhər meri Sven Liebhauser bildirib ki, artıq 6,5 kilometrlik sahilbərkitmə işlərinin də aparılması nəzərdə tutulur. O, sistemin 2023-cü ilin 24 dekabrında – Milad ərəfəsində ilk dəfə sınaqdan keçirildiyini və şəhəri daşqından uğurla qoruduğunu vurğulayıb.

Döbelnin mərkəzi iki çay arasında yerləşdiyi üçün suyun sürətlə qalxması şəhərə yalnız bir neçə saat ərzində təsir göstərir. Bu səbəbdən mühafizə tədbirləri texniki cəhətdən böyük çətinliklərlə həyata keçirilib.

Məqalədə: #Almaniya #daşqın #daşqınlar necə baş verir #iqlim dəyişikliyi və daşqınlar #Almaniyada daşqın #Döbeln şəhəri daşqın #Elba çayı daşqın təhlükəsi #Avropa İttifaqı daşqın layihəsi #Almaniya daşqın əleyhinə infrastruktur #Döbeln bənd və süni kanal #2002 Almaniya daşqını #Almaniyada iqlim dəyişikliyi təsiri #Almaniya daşqınlara qarşı mübarizə

Mövzu üzrə digər xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.