8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukrayna müdafiə məqsədilə hərbi texnika istehsalını artıracaq - Zelenski

Ukrayna, xarici tərəfdaşlarla birlikdə Rusiyanın hücumlarına qarşı müdafiə məqsədilə uzaqmənzilli silahların və dron-interseptorların istehsalını artıracaq.

6 İyul 2025 15:13
Ukrayna müdafiə məqsədilə hərbi texnika istehsalını artıracaq - Zelenski

BAKI, AzerVoice

Ukrayna, xarici tərəfdaşlarla birlikdə Rusiyanın hücumlarına qarşı müdafiə məqsədilə uzaqmənzilli silahların və dron-interseptorların istehsalını artıracaq.

AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Kiyev Danimarka ilə Ukrayna üçün xaricdə birgə silah istehsalına dair saziş imzalayıb. Ukraynanın Strateji Sənaye Sahələri üzrə naziri German Smetanin bildirib ki, Danimarka Ukraynanın öz müdafiə texnologiyalarını ixrac edəcəyi və bu texnologiyalar əsasında istehsal, miqyaslandırma və Ukrayna ordusuna tədarük həyata keçirəcəyi ilk ölkə olacaq.

Ukrayna, həmçinin ABŞ-ın “Swift Beat” şirkəti ilə pilotsuz uçuş aparatları (PUA) üzrə ayrıca saziş bağlayıb. Zelenski daha əvvəl bu çərçivədə Ukraynanın yüz minlərlə dron, o cümlədən interseptor-dron alacağını bildirmişdi. Prezident Ofisinin verdiyi məlumata görə, sənəd şirkətin istehsal gücünün genişləndirilməsini, dronların Ukraynaya prioritetli şəkildə, xüsusi şərtlərlə və maya dəyərinə uyğun olaraq tədarük edilməsini nəzərdə tutur.

Bu həftənin əvvəli Zelenski Avropa tərəfdaşları ilə Ukrayna Silahlı Qüvvələrinə yardımın “Danimarka modeli”nin genişləndirilməsini müzakirə etməyi planlaşdırdığını bildirib. Bu modelə əsasən, Avropa ölkələri Ukraynada silah istehsalına və bu istehsalın maliyyələşdirilməsinə dəstək verirlər.

Ukraynanın Baş naziri Denis Şmıqal isə mart ayında bəyan edib ki, ölkə döyüş meydanında ehtiyac duyduğu silahların təxminən üçdə birini özü istehsal edir və bu göstəricini 50 faizə çatdırmaq niyyətindədir.

Məqalədə: #Rusiya #Ukrayna #Danimarka #Volodimir Zelenski #Pilotsuz uçuş aparatı (PUA)

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
Siyasət

Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib

13:51
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41

Son Xəbərlər

Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
13:51
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.