5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tailand ABŞ-a yeni ticarət sazişi təklif etməyə hazırlaşır

Tailand ABŞ-a yeni ticarət sazişi təklif etməyə hazırlaşır. Bu razılaşma amerikalı şirkətlərə ölkə bazarına daha geniş çıxış imkanı verəcək.

6 İyul 2025 20:17
Tailand ABŞ-a yeni ticarət sazişi təklif etməyə hazırlaşır

BAKI, AzerVoice

Tailand ABŞ-a yeni ticarət sazişi təklif etməyə hazırlaşır. Bu razılaşma amerikalı şirkətlərə ölkə bazarına daha geniş çıxış imkanı verəcək.

AzerVoice xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Tailandın yeni təklifi ABŞ ilə ticarət profisitinin beş il ərzində 70 faiz azaldılmasını nəzərdə tutur. Hazırda bu profisit təxminən 46 milyard dollar təşkil edir. Tailand hakimiyyəti Vaşinqtonun 36 faizlik gömrük rüsumları tətbiq etməsinin qarşısını almaq istəyir. Bu məqsədlə ABŞ-ın kənd təsərrüfatı və sənaye şirkətləri üçün Tailand bazarına daha geniş çıxış təmin ediləcək və əksər Amerika məhsullarına tətbiq olunan tariflər ləğv olunacaq.

Tailand bu ticarət sazişi layihəsini iyulun 9-na qədər ABŞ Prezidenti Donald Trampın administrasiyasına göndərməyi planlaşdırır. Banqkok ümid edir ki, yeni razılaşma çərçivəsində Vaşinqton 10 faizlik tarif tətbiq edəcək. Lakin Tailandın maliyyə naziri Pxicay Çunhavatçira hesab edir ki, 20 faizə qədər olan tariflər də qəbuledilən ola bilər.

“Başımıza gələ biləcək ən pis şey – bölgədəki qonşularımızla müqayisədə daha pis bir saziş əldə etməyimiz olar” - deyə, o bildirib.

Xatırladaq ki, 2 aprel tarixində Tramp 185 ölkə və əraziyə qarşı gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Ümumi tariflər qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Həmin gün ABŞ prezidenti bəyan etmişdi ki, 90 günlük müddətə bəzi cavab rüsumlarının qüvvəsi dayandırılır. Ağ Ev bunu ticarət məsləhətləşmələri ilə əlaqələndirmişdi. Bu müddət ərzində 10 faizlik universal tarif tətbiq olunur. 27 iyun tarixində Tramp qeyd etmişdi ki, ABŞ növbəti 1,5 həftə ərzində ayrı-ayrı saziş imzalanmayacaq ölkələri ikitərəfli ticarət şərtləri – yəni mallara tətbiq olunacaq gömrük tarifləri barədə məlumatlandıracaq.

Məqalədə: #ABŞ #Tayland #ticarət #Gömrük rüsumu #rüsumlar #Gömrük rüsumları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.