7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

8 İyul 2025 09:18
Netanyahu Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

BAKI, AzerVoice

Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

AzerVoice xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini və bu barədə məktubu Trampa şəxsən təqdim etdiyini bildirib.

Ağ Evdə keçirilən bir görüş zamanı jurnalistlərin suallarını cavablandıran Tramp və Netanyahu Fələstin, İran və Suriya ilə bağlı mövqelərini açıqlayıblar. Netanyahu bildirib ki, Qəzzadakı fələstinlilərin istəklərinə uyğun olaraq bölgədə qalmaq və ya oranı tərk etmək azadlıqları olmalıdır. “Bu yer həbsxana olmamalıdır. İnsanlara seçim hüququ verilməlidir”- deyə o bildirib.

O, fələstinlilərin müəyyən sahələrdə özünüidarə hüququna malik olmalı olduğunu qeyd edib, lakin təhlükəsizlik məsələlərinin İsrailin nəzarətində qalmasının vacibliyini vurğulayıb.

“Prezident Trampın rəhbərliyi ilə Yaxın Şərqdə bütün qonşularımızı əhatə edən geniş bir sülh qurmaq mümkündür”- deyə Netanyahu Trampın liderliyi ilə geniş regional sülhün mümkün olduğunu da bildirib.

Tramp isə çıxışında İranla danışıqlara toxunaraq bildirib ki, Tehranla təmaslar planlaşdırılıb və İran indi əvvəlkindən fərqli mövqedədir. “Onlar görüşmək və irəliləmək istəyirlər. Mən də İranın sülh yolu ilə yenidən qurulmasını istəyirəm. Artıq ‘ABŞ-a ölüm’ kimi çağırışlar eşidilmir”- deyə qeyd edib.

Tramp həmçinin Suriyaya qarşı tətbiq olunan sanksiyaların qaldırıldığını, bununla da ölkə rəhbərliyinə şans verildiyini bildirib. O, Suriya prezidenti Əhməd Şaradan “çox təsirləndiyini” də qeyd edib.

“Onlar özlərini müdafiə edə bilməlidirlər. Çox ağır hücuma məruz qalırlar”- deyə Ukraynaya silah yardımı məsələsinə də toxunan Tramp bildirib ki, Ukrayna daha çox silah alacaq.

Digər tərəfdən, Tramp və Netanyahu ABŞ-da keçiriləcək bələdiyyə seçkilərində müsəlman namizəd Zöhran Mamdaninin qalib gəlmə ehtimalı ilə bağlı açıqlamalar veriblər. Netanyahu, ICC-nin qərarına əsasən Nyu Yorka gəldiyi təqdirdə həbs oluna biləcəyi ilə bağlı sualı cavablandıraraq, “Trampla birlikdə Nyu Yorka gedəcəyik” deyib.

Mamdani isə daha əvvəlki çıxışlarında Netanyahunun həbsini dəstəklədiyini bildirmişdi. Demokratlar Partiyasının Nyu York merliyinə namizədi olan Mamdani ilkin mərhələdə seçkini qazanıb və noyabrda keçiriləcək yekun səsvermədə qalib gəlsə, şəhərin ilk müsəlman meri olacaq.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Tramp və Netanyahu münasibətləri #İsrail ABŞ münasibətləri #ABŞ prezidenti Tramp və Nobel Sülh Mükafatı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
11:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.