13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS-ı məhv etmədən geri çəkilməyəcəyik - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında davam edən hərbi əməliyyatlarla bağlı açıqlama verərək, atəşkəs danışıqları aparılsa da, hücumları davam etdirməkdə qərarlı olduqlarını bildirib.

9 İyul 2025 09:11
HƏMAS-ı məhv etmədən geri çəkilməyəcəyik - Netanyahu

BAKI, AzerVoice

Qəzzaya hücumları davam etdirməkdə qərarlıyıq.

AzerVoice xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında davam edən hərbi əməliyyatlarla bağlı açıqlama verərək, atəşkəs danışıqları aparılsa da, hücumları davam etdirməkdə qərarlı olduqlarını bildirib.

Netanyahu X sosial platformasında yayımladığı açıqlamada, Qəzzanın şimalında son qarşıdurmalarda 5 israilli əsgərin həlak olduğunu təsdiqləyib və bu günü "İsrail xalqı üçün ağır gün" kimi qiymətləndirib.

O, İsrailin müharibədəki əsas məqsədlərini bir daha təkrarlayaraq bildirib ki, bu məqsədlərə bütün israilli məhbusların azad olunması, HƏMAS-ın hərbi və inzibati gücünün aradan qaldırılması və Qəzzanın İsrail üçün təhlükə yaratmayan əraziyə çevrilməsi daxildir.

Netanyahu, "HƏMAS-ın artıq mövcud olmayacağına əmin olmalıyıq", – deyə əlavə edib və əməliyyatların hələ başa çatmadığını bildirib.

Xatırladaq ki, Haaretz qəzeti ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun açıqlamasına istinadən yazıb ki, əvvəlki danışıqlarda mövcud olan 4 fikir ayrılığından yalnız biri qalır. Vitkoff bu həftənin sonuna qədər 60 günlük atəşkəs razılaşmasına nail olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, İsrail ordusu ötən gün Qəzzada Kfir briqadasının Netzah Yehuda batalyonundan 5 əsgərin həlak olduğunu açıqlayıb. 7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzzaya hücumlarında bir çox hərbçi həyatını itirib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #ABŞ #Donald Tramp #ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff #İsrail və Qəzza #İsrailin Qəzza siyasəti

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İsrasil və Fələstin arasında Oslo razılaşması imzalandı
Bu gün İsrasil və Fələstin arasında Oslo razılaşması imzalandı
12:00
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.