Ağ Evdə Qəzza müzakirələri - Qəzzanın müharibədən sonrakı taleyi gündəmdədir
Görüşdə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, keçmiş müşaviri Cared Kuşner, Dövlət Katibi Marko Rubio və Britaniyanın keçmiş baş naziri Toni Bleyer iştirak edib. ABŞ mətbuatına istinadən, iclasda Qəzzanın humanitar böhrandan çıxışı və siyasi gələcəyi ilə bağlı çoxsaylı mövzular ətraflı şəkildə müzakirə olunub. X platformasında yayılan məlumatlar, görüşün Qəzzadakı vəziyyətin sabitləşdirilməsi və İsrailin təhlükəsizlik maraqlarının ön planda tutulduğunu göstərir.
Tramp Qəzza böhranı ilə bağlı Ağ Evdə toplantı keçirəcək
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Ağ Evdə Qəzza ilə bağlı genişmiqyaslı toplantının keçiriləcəyini açıqlayıb. Vitkoff, iclasda Qəzzaya humanitar yardımın təşkili və münaqişədən sonrakı dövrün idarə edilməsi ilə bağlı mühüm qərarların qəbul ediləcəyini bildirib. Vitkoff, “Ümid edirik ki, ilin sonuna qədər Qəzza, İran və Ukrayna da daxil olmaqla bütün böhranları həll edəcəyik,” deyərək, bu həftə bir sıra görüşlərin planlaşdırıldığını qeyd edib. Lakin ABŞ administrasiyası Qəzzadakı humanitar böhrana və İsrailin hərbi əməliyyatlarına qarşı sərgilədiyi zəif reaksiya səbəbindən tənqid olunur.
Qəzzada daha 10 girov azad olunacaq - Tramp
ABŞ prezidenti Tramp Qəzzada saxlanılan 10 girovun tezliklə azad olunacağını açıqlayıb.
Qəzza ilə bağlı xoş xəbərlərimiz var - Tramp
ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı “yaxşı xəbərlər” olduğunu açıqlayıb və atəşkəsə dair razılığın mümkünlüyünü vurğulayıb.
HƏMAS-ı məhv etmədən geri çəkilməyəcəyik - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında davam edən hərbi əməliyyatlarla bağlı açıqlama verərək, atəşkəs danışıqları aparılsa da, hücumları davam etdirməkdə qərarlı olduqlarını bildirib.
Rubio Netanyahu ilə Yaxın Şərq üzrə müzakirələr aparıb
İsrail hökumətinin Mətbuat Ofisinin yaydığı açıqlamaya görə, əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə başlayan görüş sonradan təkbətək davam etdirilib.
Qəzzada atəşkəsə çox yaxınlaşmışıq - Tramp
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffdan aldığı məlumata əsaslanaraq, Qəzzada atəşkəs razılaşmasına çox yaxınlaşıldığını bildirib.
İranla danışıqlar ümidvericidir - Stiv Vitkoff
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Vaşinqtonla Tehran arasında aparılan danışıqların “ümidverici” olduğunu bildirib.
ABŞ-da sızan hesabat atəşkəsin sabitliyini şübhə altına alıb
Pentaqonun sızan hesabatı ABŞ-da çaxnaşma yaradıb - İranın nüvə qabiliyyəti məhv edilə bilməz.
İran nüvə silahı əldə etməməlidir - Britaniya və ABŞ
Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lammi Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə ABŞ-a rəsmi səfəri zamanı İranın nüvə silahına sahib olmaması üçün qətiyyətli olduqlarını bəyan edib.
ABŞ İsrail-İran münaqişəsinin diplomatik yolla həllini təklif edir
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşə biləcəyi ehtimal olunur.
Vitkoff Oman danışıqlarında iştirak niyyətini açıqlayıb
ABŞ-ın sabiq prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff iyunun 15-də Omanda keçirilməsi planlaşdırılan İranla bağlı görüşdə iştirak etmək niyyətindədir.