8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ağ Evdə Qəzza müzakirələri - Qəzzanın müharibədən sonrakı taleyi gündəmdədir

Görüşdə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, keçmiş müşaviri Cared Kuşner, Dövlət Katibi Marko Rubio və Britaniyanın keçmiş baş naziri Toni Bleyer iştirak edib. ABŞ mətbuatına istinadən, iclasda Qəzzanın humanitar böhrandan çıxışı və siyasi gələcəyi ilə bağlı çoxsaylı mövzular ətraflı şəkildə müzakirə olunub. X platformasında yayılan məlumatlar, görüşün Qəzzadakı vəziyyətin sabitləşdirilməsi və İsrailin təhlükəsizlik maraqlarının ön planda tutulduğunu göstərir.

28 Avqust 2025 11:15
Ağ Evdə Qəzza müzakirələri - Qəzzanın müharibədən sonrakı taleyi gündəmdədir

BAKI, AzerVoice, Nərmin Ağayeva

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Qəzza zolağının gələcəyi ilə bağlı müşavirləri ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, İclasda “Qəzzanın müharibədən sonrakı bərpası”, “bölgədəki siyasi vəziyyət” və “Həmassız Qəzza” ssenariləri müzakirə edilib.

Görüşdə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, keçmiş müşaviri Cared Kuşner, Dövlət Katibi Marko Rubio və Britaniyanın keçmiş baş naziri Toni Bleyer iştirak edib. ABŞ mətbuatına istinadən, iclasda Qəzzanın humanitar böhrandan çıxışı və siyasi gələcəyi ilə bağlı çoxsaylı mövzular ətraflı şəkildə müzakirə olunub. X platformasında yayılan məlumatlar, görüşün Qəzzadakı vəziyyətin sabitləşdirilməsi və İsrailin təhlükəsizlik maraqlarının ön planda tutulduğunu göstərir.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Marko Rubio israilli həmkarı Gideon Saar ilə Vaşinqtonda görüşərək ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib. Görüşdə Qəzza, Livan və Suriyadakı vəziyyət, eləcə də İran təhlükəsinə qarşı birgə əməkdaşlıq müzakirə edilib. Rubio regionun təhlükəsizliyi və rifahı üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu görüş İsrailin Fələstinə qarşı hərəkətləri və Qəzzadakı humanitar böhran fonunda keçirilib. Beynəlxalq ictimaiyyətin Qəzzadakı vəziyyətə etirazları davam edərkən, ABŞ-ın bu müzakirələri regionda sülh və sabitlik axtarışında yeni bir mərhələ kimi qiymətləndirilir.

Məqalədə: #Qəzza zolağı #ABŞ #Donald Tramp #Ağ Ev #Mark Rutte #humanitar böhran #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Tramp administrasiyası #Qəzza müharibəsi #ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff #Gideon Saar #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.