4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada aclıq səbəbilə azı 67 uşaq ölüb

Bu ilin mart ayında Qəzza zolağına tam blokada tətbiq olunduqdan bəri aclıq nəticəsində azı 67 uşaq həlak olub.

12 İyul 2025 18:46
Qəzzada aclıq səbəbilə azı 67 uşaq ölüb

BAKI, AzerVoice

Bu ilin mart ayında Qəzza zolağına tam blokada tətbiq olunduqdan bəri aclıq nəticəsində azı 67 uşaq həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Media İşləri İdarəsi məlumat yayıb.

“Qəzzada qeyri-kafi qidalanma nəticəsində həyatını itirən uşaqların sayı 67-yə çatıb. Beş yaşına qədər olan 650 mindən çox uşaq yaxın həftələrdə aclıq təhlükəsi ilə üz-üzə qala bilər” - deyə, qurumun verdiyi açıqlamada bildirilib.

Qəzza zolağının Səhiyyə Nazirliyi isə bəyan edib ki, İsrailin hərbi əməliyyatları nəticəsində bu günə qədər 57 882 fələstinli həlak olub, 138 095 nəfər yaralanıb. Son 24 saat ərzində İsrailin hava hücumları və artilleriya atəşləri nəticəsində daha 59 nəfər ölüb, 208 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu il martın 2-dən bəri Qəzzaya humanitar yardım daxil olmur. İsrailin qərarına əsasən bütün nəzarət-buraxılış məntəqələri bağlı qalıb. Martın 18-də İsrail ordusu atəşkəs rejimini pozaraq Qəzzaya yenidən genişmiqyaslı hərbi hücumlara başlayıb. Baş nazir Benyamin Netanyahunun ofisi əməliyyatın məqsədini “bütün girovların azad edilməsi” kimi izah edib və HƏMAS-ın ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və digər vasitəçilər tərəfindən irəli sürülən təklifləri qəbul etmədiyini bildirib.

İsrail hakimiyyəti mayın 19-da Qəzzada aclıq təhlükəsinin qarşısını almaq üçün əraziyə minimum həcmdə ərzaq məhsullarının buraxılacağını elan edib. Qəzza administrasiyasının hesablamalarına görə, əhalinin əsas ehtiyaclarını qarşılamaq üçün gündəlik olaraq ən azı 500 yük maşını ilə humanitar yardım daxil olmalıdır.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #aclıq #humanitar böhran #uşaq ölümü #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzada aclıq və səfalət #Qəzza humanitar böhranı #Qəzzada uşaq ölümü

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.