7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Ukraynaya uzun mənzilli raketlər göndərmək istəyir

Tramp Ukraynaya uzun mənzilli hücum silahlarının, o cümlədən Moskvaya çata bilən raketlərin göndərilməsi ilə bağlı plan açıqlaya bilər.

14 İyul 2025 10:17
Tramp Ukraynaya uzun mənzilli raketlər göndərmək istəyir

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Trampın bu gün açıqlayacağı bəyanatından detallar mətbuata sızıb.

AzerVoice xəbər verir ki, Axios saytının xəbərinə görə, Tramp Ukraynaya uzun mənzilli hücum silahlarının, o cümlədən Moskvaya çata bilən raketlərin göndərilməsi ilə bağlı plan açıqlaya bilər.

Mənbələr bildirir ki, Trampın bəyanatı NATO-nun baş katibi Mark Rutte ilə keçiriləcək görüş zamanı səsləndiriləcək. Həmçinin, Avropa ölkələrindən ABŞ istehsalı silahların xərclərinin ödənilməsi tələb olunacaq. Siyasətçilər bu açıqlamanı Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı artan narazılığının göstəricisi kimi qiymətləndirir.

Planın təməli iyulun əvvəlində keçirilən NATO sammitində Ukrayna prezidenti Vladimir Zelenskinin təklifi əsasında formalaşıb. ABŞ rəsmilərinin məlumatına görə, Tramp və Zelenski arasında sammit zamanı “indiyə qədərki ən yaxşı görüş” baş tutub.

Tramp jurnalistlərə bildirib ki, Ukraynaya Avropa üzərindən “Patriot” sistemləri də daxil olmaqla müxtəlif hərbi texnika göndərilə bilər. Hazırda bəyanatın rəsmi versiyasının təqdim olunması gözlənilir.

Qeyd edək ki, 2024-cü ilin payızında ABŞ prezidenti Co Bayden də Ukraynaya ATACMS raketlərinin verilməsinə icazə vermişdi. Yeni plana daxil olan raketlərin isə Rusiya ərazisinin daha dərinlərinə çatmaq imkanına malik olduğu iddia edilir.

Məqalədə: #Rusiya #ABŞ #Donald Tramp #Ukrayna #Zelenski #NATO #Ukrayna-Rusiya müharibəsi #ABŞ-Ukrayna münasibətləri #NATO baş katibi Mark Rutte

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.