8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın tədbiq edəcəyi rüsumlar ölkənin Aİ ilə ticarət əlaqələrini məhv edəcək - Komissar

ABŞ-ın tətbiq etməyi planlaşdırdığı 30 faizlik gömrük rüsumları Avropa İttifaqı (Aİ) ilə ABŞ arasındakı ticarət əlaqələrini məhv edəcək.

14 İyul 2025 11:42
ABŞ-ın tədbiq edəcəyi rüsumlar ölkənin Aİ ilə ticarət əlaqələrini məhv edəcək - Komissar

BAKI, AzerVoice

ABŞ-ın tətbiq etməyi planlaşdırdığı 30 faizlik gömrük rüsumları Avropa İttifaqı (Aİ) ilə ABŞ arasındakı ticarət əlaqələrini məhv edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç Aİ Xarici Ticarət Şurasının iclası zamanı deyib.

“30 faiz və ya daha yüksək gömrük tarifləri Aİ ilə ABŞ arasında ticarəti bloklayır, onu faktiki olaraq mümkünsüz edir” – deyə, Şefçoviç vurğulayıb. O əlavə edib ki, ABŞ prezidenti Donald Trampın Brüsselə göndərdiyi məktub məyusluq və təəssüf hissi ilə qarşılanıb.

O qeyd edib ki, Avropa İttifaqı avqustun 1-dək yeni danışıqlar mərhələsinə ümid edir və bu tarixədək Vaşinqtonla tariflərin qarşılıqlı şəkildə ləğvi barədə razılığa gəlmək üçün müzakirələri davam etdirmək niyyətindədir. Şefçoviçin sözlərinə görə, Aİ və ABŞ arasında gömrük rüsumlarının qarşılıqlı ləğvi ilə bağlı danışıqlar “çox irəliləmiş vəziyyətdədir və nəticəyə yaxınlaşır”. Lakin əgər razılaşma əldə olunmasa, Aİ ABŞ-ın rüsumlarına qarşı ölçülmüş və balanslaşdırılmış cavab hazırlayır.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, ABŞ-ın Aİ məhsullarına qarşı tətbiq etməyi planlaşdırdığı 30 faizlik gömrük tarifləri əsas transatlantik tədarük zəncirlərini sarsıdacaq.

Xatırladaq ki, Donald Tramp “Truth Social” platformasında Avropa Komissiyasının rəhbərinə ünvanladığı məktubu paylaşmışdı. Həmin məktubda ABŞ-ın avqustun 1-dən etibarən Aİ-dən idxal olunan məhsullara 30 faizlik yeni gömrük tarifləri tətbiq edəcəyi bildirilirdi. Qeyd olunurdu ki, bu tariflər mövcud sektor rüsumlarından (hazırda təxminən 10 faiz) ayrı şəkildə qüvvəyə minəcək. Eyni addım Meksikaya qarşı da nəzərdə tutulub.

ABŞ prezidenti vurğulayıb ki, bu tariflər yalnız o halda ləğv olunacaq ki, Aİ və Meksika öz məhsullarının istehsalını ABŞ ərazisinə köçürsünlər. Əks halda, əgər Aİ və Meksika cavab olaraq ABŞ məhsullarına tarifləri artırarsa, ABŞ da bu məbləğ qədər əlavə gömrük rüsumları tətbiq edəcək.

Məqalədə: #ABŞ #Meksika #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Gömrük rüsumları

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

7 Sentyabr 18:52

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.