14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyir - Tramp

İran nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyir və Vaşinqton bu danışıqlara hazırdır.

16 İyul 2025 21:09
İran nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyir - Tramp

BAKI, AzerVoice

İran nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyir və Vaşinqton bu danışıqlara hazırdır.

AzerVoice xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Onlar danışıqlar aparmaq istəyirlər” – deyə, Tramp jurnalistin sualına cavab olaraq bildirib.

“Biz tələsmirik, çünki biz demişdik ki, artıq razılaşma əldə oluna bilərdi. Onlar bu razılığa gəlməli idilər, amma sonra biz onların bir neçə obyektini bombaladıq. Əgər onlar danışıqların aparılmasını istəyirlərsə, biz buna hazırıq” – deyə, o əlavə edib.

Bundan əvvəl, “Axios” portalı mənbələrə istinadla məlumat verib ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə razılaşmasının əldə olunması üçün son tarix kimi avqust ayının sonunu müəyyənləşdiriblər. Əks halda Tehran “sərt sanksiyalarla” üzləşəcək.

Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bazar ertəsi bildirib ki, İran və ABŞ arasında yeni danışıqlar raundunun yeri və vaxtı ilə bağlı hələlik heç bir razılıq əldə olunmayıb. Onun sözlərinə görə, İran diplomatik səylərin və danışıqlar prosesinin məhsuldarlığına əmin olmadıqca danışıqlar masasına qayıtmayacaq.

Qeyd edək ki, İran və ABŞ arasında 5 raund dolayı danışıqlar keçirilib. Danışıqlar Oman xarici işlər naziri Bədr Əl-busəidinin vasitəçiliyi ilə təşkil olunub. İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. Müzakirələrin 1, 3 və 4-cü raundu Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliyanın paytaxtı Romada baş tutub.

Həmçinin qeyd edək ki, 2015-ci ildə İran və Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa arasında İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalanmışdı. Bu razılaşma 2002-ci ildən bəri Qərbin Tehranın nüvə silahı hazırladığına dair ittihamları fonunda yaranan böhranı aradan qaldırmaq məqsədi daşıyırdı.

Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp razılaşmadan çıxaraq İrana qarşı bütün ABŞ sanksiyalarını bərpa etdi. Cavab olaraq, İran 2020-ci ildə BHFP üzrə öhdəliklərini azaltmaq və BAEA-nın müfəttişlərinə nüvə obyektlərinə giriş imkanlarını məhdudlaşdırmaq qərarını elan etdi. 2021–2022-ci illərdə Vyanada aparılan danışıqlar isə nəticə vermədi.

2025-ci ildə Tramp İrana qarşı “maksimum təzyiq” siyasətini bərpa edən fərman imzalayıb və yeni sazişin imzalanmayacağı təqdirdə Tehrana qarşı hərbi güc tətbiq edəcəyi ilə hədələyib. İran və ABŞ nümayəndələri aprel-may aylarında beş dəfə nüvə proqramı ilə bağlı görüş keçirsələr də, danışıqlar İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr səbəbindən dayandırılıb.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Roma #Tehran #Oman #Vaşinqton #nüvə proqramı #Abbas Əraqçi #İranın nüvə proqramı #İran nüvə proqramı #İsmayıl Bəqai #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #Nüvə proqramları #danışıqlar #Seyid Abbas Araqçi #İran ABŞ danışıqları #ABŞ-İran arasında nüvə danışıqları #İranın nüvə proqramı 2025 #Bədr əl-Busaidi #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #İran ABŞ dolayı danışıqları

Mövzu üzrə digər xəbərlər

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40

Son Xəbərlər

İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
13:07
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.