7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada hər gün 28 uşaq həyatını itirir - UNICEF

UNICEF-in icraçı direktoru Catherine Russell BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda Qəzzada davam edən müharibənin uşaqlar üzərində dağıdıcı təsirlərini açıqlayıb.

17 İyul 2025 11:46
Qəzzada hər gün 28 uşaq həyatını itirir - UNICEF

BAKI, AzerVoice

UNICEF-in icraçı direktoru Catherine Russell BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda Qəzzada davam edən müharibənin uşaqlar üzərində dağıdıcı təsirlərini açıqlayıb.

AzerVoice xəbər verir ki, onun sözlərinə görə, son 21 ayda 17 mindən çox uşaq həlak olub, 33 minə yaxın uşaq isə yaralanıb. Statistikaya əsasən, hər gün təxminən 28 uşaq həyatını itirir.

"Bu uşaqlar döyüşçü deyil, sadəcə yemək və dərman axtarışında öldürülürlər", – deyə Russell vurğulayıb.

İsrail Müdafiə Qüvvələri son hücumların "qanuni" əsaslarla həyata keçirildiyini iddia etsə də, Qəzzanın Deyr əl-Bələh bölgəsində səhiyyə mərkəzi yaxınlığında baş verən hücum nəticəsində azı 10 uşağın həyatını itirdiyi bildirilir. İDF hadisəni “texniki xəta” ilə əlaqələndirib və araşdırmanın davam etdiyini açıqlayıb.

Qeyd edək ki, bölgədə uşaqlar, qadınlar və mülki əhali arasında ölüm halları artmaqda davam edir. Eyni zamanda ərzaq və tibbi ləvazimat çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır. BMT-nin humanitar məsələlər üzrə koordinatoru Tom Fletcher İsraili Cenevrə Konvensiyasına əsasən mühasirədə olan əhaliyə yardım etməyə çağırıb.

Çərşənbə günü Qəzzada ərzaq paylanması zamanı yaranan çaxnaşma nəticəsində isə azı 20 fələstinli həlak olub. Hadisənin yardımın bölüşdürülməsi zamanı yaşanan izdihamla əlaqəli olduğu bildirilir.

Məqalədə: #Qəzza zolağı #BMT #UNICEF #Qəzza münaqişəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada uşaq ölümü #Uşaq ölümü statistikası #UNICEF uşaq hesabatı

Mövzu üzrə digər xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

18:21
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.