8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzza zolağında aclıqdan ölənlərin sayı artır

Qəzza zolağında aclıqdan ölənlərin sayı artır. Yardım istəyən şəxslər İsrailin hücumları nəticəsində öldürülür.

22 İyul 2025 09:48
Qəzza zolağında aclıqdan ölənlərin sayı artır

BAKI, AzerVoice

Qəzza zolağında aclıqdan ölənlərin sayı artır. Yardım istəyən şəxslər İsrailin hücumları nəticəsində öldürülür.

AzerVoice xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamaya görə ötən gün son 24 saatda ən azı 19 nəfərin aclıqdan öldüyünü açıqlayıb. Aclıqdan ölənlərin sayı 86 nəfərə çatıb ki, onlardan 76-sı uşaqdır.

Qəzzaya qarşı blokadanı aradan qaldırmaqdan imtina edərək fələstinliləri aclığa məhkum edən İsrail ordusu müxtəlif bəhanələrlə mülki insanları hədəfə almağa, qırğınlar törətməyə davam edir. İşğal qüvvələrinin fələstinlilərin yardıma çatmaqda çətinlik çəkdiyi Zikim keçidində və ABŞ-ın dəstəklədiyi Qəzzaya Humanitar Yardım Fondunun (GHF) rəhbərlik etdiyi yardım mərkəzlərində dünənki hücumları nəticəsində 92-si mülki vətəndaş olmaqla ən azı 115 fələstinli həyatını itirib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzzadan “Acdan ölürük” mesajları aldığını açıqlayıb. Səlahiyyətlilər, "Ərzaq qiymətləri 40 dəfə artıb. Sərhədin kənarında üç aylıq ərzaq ehtiyatımız var, amma onu gətirə bilmirik. Bu böhran texnogendir və dərhal dayandırılmalıdır" deyə bildirib.

Ümumdünya Ərzaq Proqramı (WFP) vəziyyətin həftələrdir həyəcan təbili çaldığını vurğuladı. WFP-nin Fələstin üzrə nümayəndəsi Antoine Renard, "Bir kiloqram unun 100 dollar (4000 türk lirəsi). İnsanlar hər gün deyil, üç gündə bir dəfə yemək yeyə bilər. Bəzi insanlar huşunu itirirlər. Vəziyyət heç vaxt bu qədər pis olmamışdı" deyə bildirib.

Qeyd edək ki, aclıqdan ölənlərin sayının hər gün artdığı bir vaxtda İsrail ordusu Qəzza zolağındakı Deyr əl-Bələhə diqqəti yönəldib. Təxminən 80 min mülki insanın yaşadığı bölgə üçün müharibə başlayandan bəri ilk dəfə təxliyə əmri verilib. Dünən İsrail tankları əraziyə daxil olduqdan sonra hava hücumları başlayıb. İsrail ordusu əvvəllər "bəzi girovların Həmas tərəfindən saxlanıla biləcəyinə inandığı üçün" bu ərazidə əməliyyatlardan çəkinmişdi. Bundan başqa, evakuasiya əmri ilə Qəzza zolağında boşalma əmri verilmiş və ya İsrail tərəfindən hərbi zona təyin edilmiş ərazilərin faizi 87,8%-ə yüksəlib. Bu o deməkdir ki, 2,1 milyon mülki şəxs hazırda Qəzzanın təxminən 12%-i ilə məhdudlaşır.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrail cinayətləri #İsrail hücumları #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.