4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS qəbuledilməz şərtlər irəli sürür - İsrail rəsmisi

HƏMAS Qəzzada saxlanılan girovların azad olunması ilə bağlı təklifi qəbul etməkdən hələ də imtina edir və Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür.

23 İyul 2025 18:31
HƏMAS qəbuledilməz şərtlər irəli sürür - İsrail rəsmisi

BAKI, AzerVoice

HƏMAS Qəzzada saxlanılan girovların azad olunması ilə bağlı təklifi qəbul etməkdən hələ də imtina edir və Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür.

AzerVoice xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinq zamanı bildirib.

“HƏMAS inadkarlıqla girovların azad olunması ilə bağlı təklifdən imtinasını davam etdirir və qəbuledilməz şərtlər irəli sürür” – deyə, o qeyd edib.

“Son məlumata əsasən, İsrail hələ də vasitəçilər vasitəsilə HƏMAS-dan rəsmi cavabı gözləyir. Amma indi deyə bilərəm ki, HƏMAS İsrailin artıq qəbul etdiyi təklifdən hələ də imtina edir” – deyə, Menser əlavə edib.

Nazirlər Kabinetinin nümayəndəsi bildirib ki, İsrailin nümayəndə heyəti hələ də Dohadadır.

“Bu danışıqlar davam edir və davam edəcək, çünki məqsədimiz girovları evə qaytarmaqdır. Biz fəaliyyətimizi ABŞ ilə koordinasiya edirik. Baş nazir Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampla və eləcə də onun xüsusi nümayəndəsi Stiven Uitkoffla əlaqə saxlayır” – deyə, o qeyd edib.

Menser brifinq zamanı həmçinin xatırladıb ki, HƏMAS hələ də Qəzza zolağında 50 girovu saxlayır. İsrail tərəfinin məlumatına görə, onlardan 20-si sağdır.

“Onlar dərhal azad olunmalıdır – nə sabah, nə yaxın gələcəkdə, məhz indi”, – deyə o əlavə edib.

Qeyd edək ki, İsrail mətbuatının yazdığına görə, Qətər və Misir HƏMAS nümayəndələrindən Qəzza ilə bağlı son təklifə cavabı iyulun 22-si alıblar. Mənbələrin sözlərinə görə, bu cavab “vasitəçilərin özlərini də qane etməyib” və onlar bu cavabı “rədd edərək, HƏMAS-dan daha uyğun bir yanaşma üzərində işləməyi tələb ediblər”.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qətər #HƏMAS #Doha #əsir mübadiləsi #David Mencer #Girov mübadiləsi danışıqları #Girov mübadiləsi #danışıqlar

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.