6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu Knessetdəki komitə sədrini vəzifəsindən azad etdi

İsraildə Ultra-Ortodoks yəhudilərin (Haredilərin) hərbi xidmətə cəlb olunmaması məsələsində israr edən baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyasının deputatı Yuli Edelşteyn parlamentdəki komitə sədri vəzifəsindən uzaqlaşdırılıb.

23 İyul 2025 21:12
Netanyahu Knessetdəki komitə sədrini vəzifəsindən azad etdi

BAKI, AzerVoice

İsraildə Ultra-Ortodoks yəhudilərin (Haredilərin) hərbi xidmətə cəlb olunmaması məsələsində israr edən baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyasının deputatı Yuli Edelşteyn parlamentdəki komitə sədri vəzifəsindən uzaqlaşdırılıb.

AzerVoice xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat verib.

Məlumata görə, Likud Partiyasının deputatları arasında keçirilən səsvermə nəticəsində Yuli Edelşteyn İsrail Parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri vəzifəsindən azad edilib və onun yerinə deputat Boaz Bismut təyin olunub.

Səsvermədə 29 deputat Edelşteynin vəzifədən azad edilməsinin lehinə, yalnız dörd nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, Edelşteynin, ultra-ortodoks partiyaların (Haredilərin) məcburi hərbi xidmətdən azad edilməsini nəzərdə tutan qanunvericilik tələbinə qarşı çıxıb.

Haredilərin hərbi xidmətdən azad edilməsini təmin edəcək qanunun qəbul olunmaması halında istefa verəcəklərini açıqlayan Ultra-Ortodoks partiyaların nümayəndələri ilə ötən həftə parlamentdə görüşən Edelşteyn, onların narahatlıqlarını nəzərə alaraq yeni bir qanun layihəsi təqdim etmişdi.

Lakin Haredi partiyaları – Şas və Birləşmiş Tövrat Yəhudiliyi bu yeni layihənin onların tələblərini qarşılamadığını bildirərək hökumətdən istefa etdiklərini bildirmişdilər.

Nəticədə Netanyahu hökuməti 120 nəfərlik parlamentdə sadəcə 50 deputatın dəstəyi ilə azlıq hökumətinə çevrilmişdi.

Edelşteyn isə Haredi partiyaların hərbi xidmət qanununun qəbul edilməməsi səbəbilə koalisiyadan ayrılmasından sonra verdiyi açıqlamada, Haredilərin hərbi xidmətə cəlb edilməsinin vacib olduğunu və xidmətdən yayınanlara qarşı sanksiyalar tətbiq olunmalı olduğunu bildirmişdi.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #parlament #Ultra-Ortadoks #Likud Partiyası #Haredilər #Knesset #Knesset səsverməsi #Haredi yəhudiləri #Yuli Edelşteyn #Boaz Bismut

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.