6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

MAQATE İranın nüvə obyektərində yoxlamaları davam etdirmək istəyir - İran rəsmisi

İran rəsmiləri hesab edir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iyun ayında İranın nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən endirilmiş zərbələrin effektivliyini qiymətləndirmək məqsədilə həmin obyektlərdə yoxlamaları davam etdirmək istəyir.

23 İyul 2025 21:38
MAQATE İranın nüvə obyektərində yoxlamaları davam etdirmək istəyir - İran rəsmisi

BAKI, AzerVoice

İran rəsmiləri hesab edir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iyun ayında İranın nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən endirilmiş zərbələrin effektivliyini qiymətləndirmək məqsədilə həmin obyektlərdə yoxlamaları davam etdirmək istəyir.

AzerVoice xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazim Qəribabadi BMT çərçivəsində Nyu-Yorkda keçirilən tədbirlər zamanı jurnalistlərə açıqlama verib.

“Bu, mənim üçün böyük bir sualdır – niyə onlar (yəni MAQATE – red.) ora müfəttişlər göndərməkdə israr edirlər? Əgər bu obyektlər doğrudan da məhv edilibsə, narahatlıq üçün heç bir əsas yoxdur. Ora səfər tələbi yalnız bir halda mümkündür - əgər onlar zərbələrin nə dərəcədə effektiv olduğunu öyrənmək istəyirlərsə. Bu, onların əsas motivi olmalıdır” – deyə, Qəribabadi vurğulayıb.

O, həm MAQATE-nin, həm də İsrail rəsmilərinin əvvəlki bəyanatlarına diqqət çəkib.

“Onlar (ABŞ və İsrail – red.) İranın Nətənz, İsfahan və Arakın nüvə obyektlərinin məhv edildiyini iddia etdilər. Arak ilk hücumlar zamanı İsrailin hədəfinə çevrildi və onların dediyinə görə, obyekt tamamilə məhv olunub” - deyə, o bildirib.

Qəribabadi əlavə edib ki, əgər bu obyektlər doğrudan da məhv edilibsə, orada heç bir fəaliyyətin aparılması mümkün deyil.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İran #MAQATE #AEBA #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #nüvə proqramı #İsrail və İran gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İran-İsrail geosiyasi mübarizəsi #İran nüvə proqramı #İran və İsrail gərginliyi #İran Xarici İşlər Nazirliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İranın nüvə proqramı 2025 #İsrail İran hücumu #İranın nüvə obyektləri #Nətənz nüvə obyekti #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025 #Kazim Qəribabadi #Fordo nüvə obyekti #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.