8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını bəyan edib.

25 İyul 2025 09:54
Fransa Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını açıqlayıb

BAKI, AzerVoice

Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını bəyan edib.

AzerVoice xəbər verir ki, bu qərar reallaşacağı təqdirdə Fransa, Fələstin dövlətini tanıyan ilk G7 ölkəsi olacaq.

Makron bu barədə iyulun 25-də X sosial şəbəkəsində paylaşım edərək, Fransanın Yaxın Şərqdə davamlı və ədalətli sülhə sadiqliyini bir daha vurğulayıb.

“Fələstin dövlətinin qurulması, onun yaşamaq qabiliyyətinin təmin edilməsi və demilitarizasiyanı qəbul edərək İsraili tanıması regionda təhlükəsizlik üçün əsas şərtdir. Bu məsələdə alternativ yoxdur,” – deyə Makron bildirib.

O, həmçinin qeyd edib ki, münaqişənin dayandırılması üçün dərhal atəşkəsə, bütün girovların azad olunmasına və Qəzza zolağına genişmiqyaslı humanitar yardımın göstərilməsinə ehtiyac var. Prezident, qərarını təsdiqləyən rəsmi məktubu Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasa da təqdim edib.

Fransa liderinin bəyanatı Fələstin rəsmiləri tərəfindən alqışlanıb. Fələstin rəhbərliyinin yüksək vəzifəli nümayəndəsi Hüseyn əl-Şeyx bildirib ki, bu mövqe Fransanın beynəlxalq hüquqa və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna sadiqliyini nümayiş etdirir.

HƏMAS da Fransanın addımını “müsbət və doğru istiqamətli bir qərar” kimi qiymətləndirərək digər ölkələri də bu yolu izləməyə çağırıb.

İsrail isə Fransa rəhbərliyinin bu mövqeyinə kəskin etiraz edib.

“7 oktyabr terror hücumundan sonra Fələstin dövlətinin tanınması terrora mükafat verməkdir”- deyə Netanyahu bildirib.

O əlavə edib ki, “indiki şəraitdə tanınacaq bir Fələstin dövləti İsrailin məhvini hədəfləyən tramplin ola bilər”.

ABŞ dövlət katibi Marko Rubio da Fransa qərarını “məsuliyyətsiz və təhlükəli” adlandıraraq rəsmi Vaşinqtonun bu yanaşmanı qəti şəkildə rədd etdiyini bildirib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə qərarla bağlı Fransa və Almaniya liderləri ilə fövqəladə məsləhətləşmə aparacağını deyib. O, bildirib ki, fələstinlilərin dövlət qurmaq hüququ toxunulmazdır və atəşkəs bu istiqamətdə irəliləyiş üçün imkan yarada bilər.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #ABŞ #Fransa #Tel-Əviv #Emmanuel Makron #Paris #Yaxın Şərq #Vaşinqton #G7 #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail və Qəzza

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.