5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS ABŞ-ın atəşkəs danışıqlarını dayandırmasından təəccüblənib

HƏMAS ABŞ-ın atəşkəs danışıqlarından çıxmasına dair qərarından və ABŞ rəsmilərinin danışıqların dayanmasına görə HƏMAS-ı günahlandıran bəyanatlarından təəccüblənib.

26 İyul 2025 19:19
HƏMAS ABŞ-ın atəşkəs danışıqlarını dayandırmasından təəccüblənib

BAKI, AzerVoice

HƏMAS ABŞ-ın atəşkəs danışıqlarından çıxmasına dair qərarından və ABŞ rəsmilərinin danışıqların dayanmasına görə HƏMAS-ı günahlandıran bəyanatlarından təəccüblənib.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü İzzət əl-Rişək bildirib.

“ABŞ Prezidenti Donald Trampın, eləcə də daha əvvəl ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun verdiyi açıqlamalar bizi təəccübləndirdi. Bu açıqlamalar vasitəçi ölkələrin HƏMAS-ın mövqeyinə dair verdiyi qiymətləndirmə ilə üst-üstə düşmür və danışıqlarda əldə edilən real irəliləyişləri əks etdirmir” – deyə, əl-Rişək qeyd edib.

Onun sözlərinə görə, danışıqlarda vasitəçi olan Misir və Qətər HƏMAS-ın ciddi və konstruktiv yanaşmasına görə minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, iyulun 6-da Dohada atəşkəsin əldə olunması və Qəzzada saxlanılan israilli girovların azad olunması məqsədilə danışıqlar yenidən başlayıb.

HƏMAS atəşkəs danışıqlarının davam etdirilməsi məqsədilə vasitəçilərə son təklifə cavab verdiyini bildirib, lakin bu cavab barədə ətraflı məlumat verilməyib.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS-ın cavabını aldıqdan sonra İsrail Dohadakı heyətini məsləhətləşmələr üçün geri çağırıb.

Daha sonra, Stiven Uitkoff bildirib ki, ABŞ Qəzza zolağında atəşkəs danışıqlarını dayandıraraq Qətərdəki danışıqlar üzrə qrupunu məsləhətləşmələr üçün geri çağırıb. O həmçinin bildirib ki, bu qərar HƏMAS-ın Qəzzada atəşkəsə nail olmaq istəmədiyini açıq şəkildə göstərən son cavabından sonra verilib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #Misir #Qətər #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS və İsrail münaqişəsi #Stiven Uitkoff #HƏMAS və İsrail #İsrail və HƏMAS qarşıdurması #danışıqlar #İsrail-HƏMAS danışıqları #HƏMAS və İsrail arasında müharibə

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.