7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Son sutka ərzində Qəzzada 71 nəfər həlak olub

Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub.

27 İyul 2025 09:39
Son sutka ərzində Qəzzada 71 nəfər həlak olub

BAKI, AzerVoice

Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, şənbə günü azı 71 nəfər öldürülüb. Onlardan 42-si humanitar yardım bölgüsünü gözləyən şəxslər olub. Eyni zamanda beş fələstinli aclıq səbəbindən həyatını itirib.

Bildirilib ki, dron hücumları nəticəsində öldürülənlər arasında Xan Yunis şəhərinin cənubunda yerləşən Əl-Məvasi bölgəsində çadırda gizlənən beş nəfər də var. İsrail hökuməti bu bölgəni “təhlükəsiz zona” elan etmiş və yüz minlərlə fələstinlini ora köçməyə məcbur etmişdi. Lakin vurğulanıb ki, İsrail ordusu bu “təhlükəsiz zonada” sığınacaq tapan insanlara qarşı mütəmadi şəkildə ölümcül hücumlar həyata keçirir.

Bundan əlavə, Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bəlah şəhərində də bir çadıra endirilən dron zərbəsi nəticəsində daha dörd fələstinli öldürülüb.

Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumları, intensiv bombardmanlar və blokada nəticəsində Qəzzada ağır humanitar fəlakət yaşanır. Beynəlxalq ictimaiyyətin və BMT-nin atəşkəs çağırışlarına baxmayaraq, vəziyyət pisləşməkdədir.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzada müharibədən sonrakı vəziyyət #Fələstin ölənlərin sayı

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.