7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail və ABŞ-ın yeni təcavüzünə qətiyyətli şəkildə cavab verəcəyik - Əraqçi

İran, ABŞ və İsrail tərəfindən yeni bir hücum baş verəcəyi təqdirdə, buna tərəddüdsüz və qətiyyətli cavab verəcək və bu cavabın nəticələrini gizlətmək mümkün olmayacaq.

28 İyul 2025 22:29
İsrail və ABŞ-ın yeni təcavüzünə qətiyyətli şəkildə cavab verəcəyik - Əraqçi

BAKI, AzerVoice

İran, ABŞ və İsrail tərəfindən yeni bir hücum baş verəcəyi təqdirdə, buna tərəddüdsüz və qətiyyətli cavab verəcək və bu cavabın nəticələrini gizlətmək mümkün olmayacaq.

AzerVoice xəbər verir ki, bu sözlər İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin verdiyi bəyanatda yer alıb.

"İran, son ABŞ-İsrail təcavüzü zamanı baş verənləri, o cümlədən bizimlə yanaşı rəqiblərimizə qarşı həyata keçirilmiş zərbələrin miqyasını dəqiq bilir. Bu hücumlar hələ də tam şəkildə açıqlanmayıb. Əgər bu təcavüz təkrar olunsa, biz tərəddüdsüz və daha qətiyyətli şəkildə cavab verəcəyik və bu cavab gizlədilə bilməyəcək" - deyə, Əraqçi qeyd edib.

Nazir, həmçinin bildirib ki, 12 günlük müharibə zamanı ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilsə də, bu, ölkənin uranı zənginləşdirmə əzmini zəiflədə bilməyib.

“Çoxsaylı insan səyləri ilə yaradılmış texnologiya və elmi biliklər bir neçə bomba ilə məhv edilə bilməz” – deyə, Əraqçi vurğulayıb.

Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər İran yenidən nüvə obyektlərini bərpa etməyə çalışsa, Vaşinqton həmin obyektlərə yeni zərbələr endirməyə hazırdır.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #SEPAH #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #İran nüvə proqramı #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran Xarici İşlər Nazirliyi #İran və İsrail kəşfiyyat savaşı #İsrail və İranın Suriya mübarizəsi #İran-İsrail münaqişəsi #İranın uran zənginləşdirməsi #İran və İsrail münasibətləri #İsrail və İran arasında artan gərginlik #İran və İsrail qarşıdurması #İran Silahlı Qüvvələri #İran-İsrail münasibətləri #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025 #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
6 Sentyabr 20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.