5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsveç hökuməti İsrailin ifrat sağçı nazirlərinə qarşı sanksiyaları gündəmə gətirib

İsveçin Beynəlxalq İnkişaf və Xarici Ticarət naziri Benjamin Dousa, Qəzzaya humanitar yardımın qarşısının alınması səbəbilə İsrailin ifrat sağçı nazirlərinə qarşı sanksiyalar tətbiq edilməsinin zəruriliyini bildirib.

31 İyul 2025 14:21
Baku
İsveç hökuməti İsrailin ifrat sağçı nazirlərinə qarşı sanksiyaları gündəmə gətirib

BAKI, AzerVoice

İsveçin Beynəlxalq İnkişaf və Xarici Ticarət naziri Benjamin Dousa, Qəzzaya humanitar yardımın qarşısının alınması səbəbilə İsrailin ifrat sağçı nazirlərinə qarşı sanksiyalar tətbiq edilməsinin zəruriliyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə İsveçin Beynəlxalq İnkişaf və Xarici Ticarət naziri Benjamin Dousa Anadolu Agentliyinə verdiyi müsahibədə məlumat verib.

Nazir qeyd edib ki, Qəzzada yaşanan ağır humanitar böhran və yardımların qarşısının alınması Avropa İttifaqının (Aİ) daha sərt mövqe sərgiləməsini tələb edir.

“İsveç hökuməti İsrail hökumətinə daha çox təzyiq göstərməyi düşünür. İfrat sağçı nazirlərə qarşı sanksiyalar və İsraillə tərəfdaşlıq müqavilələrinin yenidən nəzərdən keçirilməsi bu addımlara daxildir,” – deyə Dousa qeyd edib.

O vurğulayıb ki, Aİ daxilində İsrailə təzyiq göstərmək istəyən ölkələrin sayı hələ az olsa da, maarifləndirmə və diplomatik səylərlə bu dəstəyin artırılması mümkündür. Dousa əlavə edib ki, İsveç hökuməti Qəzzaya göstərilən humanitar yardımları 400 milyon kron səviyyəsindən 800 milyon krona qədər artırıb.

Nazir həmçinin İsveç və Türkiyə arasında iqtisadi əlaqələrə də toxunub, Aİ ilə Türkiyə arasında imzalanmış ticarət müqaviləsinin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzaya davam edən hücumları nəticəsində 60 mindən çox fələstinli həlak olub, yüz minlərlə insan yaralanıb. Son rəsmi məlumatlara görə, İsrailin son hücumları nəticəsində 8970 nəfər həyatını itirib, 34 mindən çox insan isə yaralanıb.

Məqalədə: #İsrail #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #İsveç #ifrat sağçı #ifrat sağçılar #Qəzza münaqişəsi #İsrail cinayətləri #İsrail hücumları #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzada müharibədən sonrakı vəziyyət

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.