8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Sloveniya İsraillə Bütün Silah Ticarətini Qadağan Edən İlk Aİ Ölkəsi Olub

Sloveniya hökuməti baş naziri Robert Qolobun göstərişi ilə İsrailə silah ixracına, idxalına və Sloveniyadan İsrailə silah tranzitinə tam qadağa qoyulduğunu elan edib. Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk Aİ ölkəsi olub

1 Avqust 2025 10:52
Sloveniya İsraillə Bütün Silah Ticarətini Qadağan Edən İlk Aİ Ölkəsi Olub

BAKI, AzerVoice, Nailə Babazadə

Sloveniya hökuməti baş naziri Robert Qolobun göstərişi ilə İsrailə silah ixracına, idxalına və Sloveniyadan İsrailə silah tranzitinə tam qadağa qoyulduğunu elan edib. Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk Aİ ölkəsi olub

AzerVoice xəbər verir ki, Sloveniya hökuməti yazılı açıqlamada, Baş nazir Robert Qolobun tövsiyəsinə uyğun olaraq, Sloveniyanın İsrailə silah ixracı və idxalını və Sloveniya ərazisindən İsrailə silah tranzitini qadağan etmək qərarına gəldiyini bildirib.

Avropa Birliyinin (AB) daxili fikir ayrılıqları və parçalanmalar səbəbiylə belə bir qərar verə bilmədiyi vurğulanan açıqlamada, "Bunun nəticəsi utancvericidir. Qəzzada insanlar sistematik olaraq humanitar yardımdan məhrum olduqları üçün ölürlər. İçməli su, qida və səhiyyə imkanlarından məhrumdurlar. " - deyə bəyanatda yer alır.

Bəyanatda, İsrailin qəsdən humanitar yardımlara çıxışını əngəllədiyi vurğulanaraq, "Belə vəziyyətlərdə məsuliyyət daşıyan hər bir dövlət hərəkətə keçməlidir. Sloveniya beynəlxalq hüququn və insan haqlarının qorunması üçün prinsipial bir müdafiəçidir" - deyə qeyd edilib.

Qeyd edək ki, Sloveniya Xarici İşlər Nazirliyi özünün X sosial media hesabında bir yazıda İsrailin Liviyaya yeni təyin olunmuş səfiri Rut Koen Darı nazirliyə dəvət etdiyini açıqlayıb.

Sloveniya Xarici İşlər Nazirliyi Qəzzaya təcili humanitar yardımların çatdırılmasının məhdudlaşdırılması nəticəsində baş verən dözülməz humanitar fəlakətə etiraz etmək üçün diplomatik təşəbbüslə İsrailin Sloveniyada akkreditə olunmuş səfirini nazirliyə çağırıb. Sloveniya İsraili mülki əhalinin öldürülməsini və aclıqdan ölməsini dərhal dayandırmağa çağırıb.

Baş nazir Qolob, İsrailin hücumlarını davam etdirdiyi Qəzzada humanitar böhran üçün AB-nin konkret addımlar atmaması halında, İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir və Maliyyə Naziri Bezalel Smotriçin Sloveniyada “persona non-qrata” elan edildiyi halda hərəkətə keçəcəyini bildirmişdi.

Sloveniya Parlamenti həmçinin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinə uyğun olaraq 4 iyun 2024-cü ildə Fələstini 1967-ci il sərhədləri ilə müstəqil və suveren dövlət kimi tanıdı.

Məqalədə: #İsrail #Qəzza zolağı #Sloveniya #humanitar yardım #humanitar böhran #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #İsrail və Qəzza münaqişəsi #Robert Qolob

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.