6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Dənizə çıxışı olmayan ölkələrin tarixində yeni bir səhifə aça bilərik - Quttereş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkmənistanın Avaza turizm bölgəsində keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) 3-cü Konfransının açılışında çıxış edərək bu ölkələrin inkişaf potensialına diqqət çəkib. Baş katib bildirib ki, LLDC ölkələrinin uğuru, 2030 Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsi üçün həyati əhəmiyyət daşıyır. “Birlikdə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin tarixində yeni bir səhifə aça bilərik”, – deyə Quterreş qeyd edib.

5 Avqust 2025 13:31
Dənizə çıxışı olmayan ölkələrin tarixində yeni bir səhifə aça bilərik - Quttereş

BAKI, AzerVoice, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkmənistanın Avaza turizm bölgəsində keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) 3-cü Konfransının açılışında çıxış edərək bu ölkələrin inkişaf potensialına diqqət çəkib.

AzerVoice xəbər verir ki, Baş katib bildirib ki, LLDC ölkələrinin uğuru, 2030 Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsi üçün həyati əhəmiyyət daşıyır. “Birlikdə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin tarixində yeni bir səhifə aça bilərik”, – deyə Quterreş qeyd edib.

Quterreş konfrans iştirakçılarına müraciətində bildirib ki, coğrafi yerləşmə heç vaxt bir ölkənin taleyini müəyyən etməməlidir. Lakin Afrika, Asiya, Avropa və Cənubi Amerikada yerləşən 32 dənizə çıxışı olmayan ölkə üçün coğrafiya, inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırır və qeyri-bərabərliyi dərinləşdirir.

O əlavə edib ki, bu ölkələrin üçdə biri münaqişə, sabitsizlik və sosial-iqtisadi zəifliklərlə üz-üzədir. BMT-nin məlumatına görə, dünya əhalisinin təxminən 7 faizini təşkil edən LLDC ölkələri qlobal iqtisadiyyat və ticarətin cəmi 1 faizindən bir qədər artıq hissəsini əhatə edir. Bu da onların dünya iqtisadiyyatında kənarda qalmasının açıq göstəricisidir.

Məqalədə: #Avropa #BMT #Antonio Quterreş #Türkmənistan #Mərkəzi Asiya #Afrika #Cənubi Amerika #LLCD

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib
Türkmənistan

Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

2 Sentyabr 16:08

Son Xəbərlər

Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.