6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniya Ukraynada seçkilərin keçirilməsinə dəstək göstərəcək

Böyük Britaniya müharibə başa çatdıqdan sonra Ukraynada seçkilərin keçirilməsinə dəstək göstərəcək. Bu barədə “Express” nəşri Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenkoya istinadən xəbər yayıb.

19 Avqust 2025 19:33
Britaniya Ukraynada seçkilərin keçirilməsinə dəstək göstərəcək

BAKI, AzerVoice, Səməd Əyyubov

Böyük Britaniya müharibə başa çatdıqdan sonra Ukraynada seçkilərin keçirilməsinə dəstək göstərəcək.

AzerVoice-un məlumatına görə, bu barədə “Express” nəşri Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenkoya istinadən xəbər yayıb.

Məlumata əsasən, çərşənbə axşamı Londonda Böyük Britaniya və Ukrayna seçki komissiyaları arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd ölkədə seçki prosesinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun təşkilinə dəstək verəcək.

Razılaşmaya görə, Böyük Britaniya xaricdə səsvermənin təşkili, maliyyə məsələlərinin tənzimlənməsi, seçki bülletenləri və namizədlərin təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə Ukraynaya yardım göstərəcək. Didenkonun sözlərinə görə, memorandum Ukraynanın “tarixində ən çətin seçkilərə” hazırlanmasına imkan verəcək.

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə görüş keçirilib.

Tramp görüş zamanı Ukraynada seçkilərin təxirə salınmasına eyham vuran zarafat etmiş və döyüş əməliyyatlarının bunun üçün bəhanəyə çevrildiyini söyləmişdi. Zelenski isə cavabında yaxın zamanda əlavə təhlükəsizlik tədbirləri ilə demokratik seçkilərin təşkil ediləcəyini bəyan etmişdi.

Məqalədə: #Rusiya #Böyük Britaniya #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #seçkilər #prezident seçkiləri #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.