8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin müdafiə naziri “Qəzza əməliyyatı” planını təsdiqlədi – 60 min ehtiyat əsgər çağırılacaq

İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinə nəzarəti ələ keçirməyi nəzərdə tutan hərbi planı təsdiqləyib və 60 minə yaxın ehtiyat əsgərin çağırılması barədə göstəriş verib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyi məlumat yayıb. İsrael Kats “İsrail ordusunun Qəzza şəhərinə hücum planını” təsdiqləyib və “tapşırığın icrası üçün tələb olunan ehtiyat qüvvələrin çağırışına” razılıq verib.

20 Avqust 2025 11:11
İsrailin müdafiə naziri “Qəzza əməliyyatı” planını təsdiqlədi – 60 min ehtiyat əsgər çağırılacaq

BAKI, AzerVoice

İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinə nəzarəti ələ keçirməyi nəzərdə tutan hərbi planı təsdiqləyib və 60 minə yaxın ehtiyat əsgərin çağırılması barədə göstəriş verib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyi məlumat yayıb.

AzerVoice xəbər verir ki, İsrael Kats “İsrail ordusunun Qəzza şəhərinə hücum planını” təsdiqləyib və “tapşırığın icrası üçün tələb olunan ehtiyat qüvvələrin çağırışına” razılıq verib.

İsrail mediası yazır ki, ordunun yüksək rütbəli rəsmiləri döyüşlərin ən azı 2026-cı ilə qədər davam edə biləcəyini ehtimal edir. Onların sözlərinə görə, ümumilikdə 130 minədək ehtiyat əsgər səfərbər oluna bilər, hazırda xidmətdə olanların isə xidmət müddəti bir ay uzadılacaq. Kats “Haaretz” qəzetinə açıqlamasında bildirib:
“Əməliyyat başa çatdıqdan sonra Qəzza əvvəlki kimi görünməyəcək, hər şey dəyişəcək.”

“Times of Israel” qəzeti yazır ki, müdafiə naziri təxminən 1 milyon mülki şəxsin Qəzza şəhərindən sektorun cənubuna köçürülməsi üçün hazırlıqlara da razılıq verib. Mənbənin məlumatına görə, İsrail ordusu hazırda Qəzza zolağının 75 faizinə nəzarət edir və bu, HƏMAS-a girovlarla bağlı razılaşma üçün təzyiq göstərmək məqsədi daşıyır.

İsrail Müdafiə Nazirliyi bu gündən etibarən on minlərlə ehtiyat əsgərin təcili çağırış vərəqələrinin göndəriləcəyini açıqlayıb. Məqsəd genişmiqyaslı quru əməliyyatının son hazırlıqlarını yekunlaşdırmaqdır.

Əvvəlki təxminlərdə ehtiyat qüvvələrin sayının 80 minlə məhdudlaşdırılacağı bildirilsə də, son plan bu rəqəmin 130 minə qədər yüksələ biləcəyini göstərir. Bu səfərbərlik, İsrailin eyni zamanda “Hamas”ın qəbul etdiyi əsir mübadiləsi təklifini nəzərdən keçirdiyi bir vaxtda həyata keçirilir.

Müdafiə Nazirliyi bildirir ki, plan İsrail ordusunun Baş Qərargah rəisi Eyəl Zamir tərəfindən artıq təsdiqlənib və yaxın günlərdə Təhlükəsizlik Kabinetinin müzakirəsinə çıxarılacaq. Məlumata görə, əməliyyata “Qəzza diviziyası” ilə yanaşı daha 5 diviziya cəlb olunacaq.

“Yedioth Ahronoth” qəzetinə bağlı “Ynet” portalı isə yazır ki, Baş Qərargah rəisi ehtiyat qüvvələrin sentyabr ayında əməliyyata cəlb olunmasını istəyib.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #İsrael Katz #İsrail hücumları #Qəzzanın işğalı #İsrail və Qəzza münaqişəsi #zorla köçürülmə

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.