7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Putinlə Zelenskinin görüşündə iştirak etməyi zəruri hesab etmir

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin mümkün görüşündə iştirak etməyi zəruri hesab etmədiyini bildirib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

22 Avqust 2025 19:57
Tramp Putinlə Zelenskinin görüşündə iştirak etməyi zəruri hesab etmir

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin mümkün görüşündə iştirak etməyi zəruri hesab etmədiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Görək, Putin və Zelenski birlikdə işləyə biləcəklərmi. Görək, mənim orada olmağım lazım olacaqmı. Mən istərdim ki, onlar görüşsünlər və nəticə əldə edib-etməyəcəklərinə baxaq” – deyə, Tramp qeyd edib.

Tramp Rusiya və Ukrayna arasındakı münasibətləri “yağ və sirkə” ilə müqayisə edib və “aydın səbəblərə görə onların münasibətlərinin yaxşı olmadığını” vurğulayıb.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov “NBC News” telekanalına açıqlamasında bildirmişdi ki, hazırda Putinlə Zelenskinin görüşü gündəmdə deyil. Lakin gündəliyə uyğun mövzular daxil olduqda Rusiya prezidentinin belə görüşə hazır olacağını qeyd etmişdi.

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə danışıqlar aparılıb.

Avqustun 19-da Ukrayna ilə bağlı iki mühüm görüş keçirilib – “istəklilər koalisiyası”nın liderlərinin videokonfransı və Avropa İttifaqının onlayn sammiti.

Hər iki tədbirdə Alyaskada baş tutan ABŞ–Rusiya sammitinin nəticələri, ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə apardığı danışıqlar, həmçinin döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya veriləcək təhlükəsizlik təminatları müzakirə olunub.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.