4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin təhlükəsizlik kabineti Qəzza şəhərinin işğalını müzakirə edəcək

İsrailin siyasət və təhlükəsizlik məsələləri üzrə nazirlər kabineti avqustun 26-da Qəzza şəhərinin ələ keçirilməsi planını müzakirə edəcək. Kabinetin üzvü olan nazirlərə Qəzza şəhərində həyata keçirilməsi nəzərdə tutulan əməliyyat planının təsdiqlənməsi üçün səsvermə təklif olunacaq.

24 Avqust 2025 13:59
İsrailin təhlükəsizlik kabineti Qəzza şəhərinin işğalını müzakirə edəcək

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrailin siyasət və təhlükəsizlik məsələləri üzrə nazirlər kabineti avqustun 26-da Qəzza şəhərinin ələ keçirilməsi planını müzakirə edəcək.

AzerVoice xəbər verir ki, kabinetin üzvü olan nazirlərə Qəzza şəhərində həyata keçirilməsi nəzərdə tutulan əməliyyat planının təsdiqlənməsi üçün səsvermə təklif olunacaq.

Bundan əlavə, iclasda HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların gedişatına dair yenilənmiş məlumat da təqdim ediləcək.

Qeyd edək ki, baş nazir Benyamin Netanyahu avqustun 21-də Qəzzaya səfər edərək videomüraciət yayımlamışdı. O, səfərin əsas məqsədinin ordunun Qəzza şəhərini ələ keçirmə planını təsdiqləmək olduğunu bildirmişdi. Netanyahu həmçinin bütün girovların azad olunması üçün dərhal danışıqlara başlanılması barədə tapşırıq verdiyini və “İsrail üçün qəbul edilən şərtlərlə müharibənin dayandırılmasını” istədiyini vurğulamışdı.

Onun sözlərinə görə, HƏMAS-ın məhv edilməsi və bütün girovların azad olunması “yanaşı gedən iki əsas vəzifədir” və paralel şəkildə həyata keçiriləcək.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzanın işğalı #İsrailin HƏMAS-a qarşı siyasəti #Təhlükəsizlik Kabineti

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.