7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Qəzzada mülki itkilərə səbəb olan hücumları qəbuledilməzdir - Mertz

Almaniya kansleri Fridrix Mertz İsrailin Qəzzanın cənubundakı Nasser xəstəxanasına hücumunu kəskin şəkildə tənqid edərək, bunu “qəbuledilməz” adlandırıb. O, xüsusilə mülki itkilərin, tibbi personalın və jurnalistlərin hədəfə düşməsini İsrailin əməliyyatlarının legitimliyinə kölgə salan ciddi problem kimi qiymətləndirib. Mertz Belçika baş naziri Bart De Vever ilə Berlində keçirdiyi mətbuat konfransında İsrailin genişlənən hərbi əməliyyatına qarşı olduğunu bildirib. Onun sözlərinə görə, baş verənlər mülki əhali, xəstəxana işçiləri və jurnalistlər arasında qəbuledilməz itkilərə səbəb olub.

26 Avqust 2025 17:28
İsrailin Qəzzada mülki itkilərə səbəb olan hücumları qəbuledilməzdir - Mertz

BAKI, AzerVoice, Nərmin Ağayeva

İsrailin Qəzzadakı xəstəxanaya hücumu qəbuledilməzdir.

AzerVoice xəbər verir ki, Almaniya kansleri Fridrix Mertz İsrailin Qəzzanın cənubundakı Nasser xəstəxanasına hücumunu kəskin şəkildə tənqid edərək, bunu “qəbuledilməz” adlandırıb. O, xüsusilə mülki itkilərin, tibbi personalın və jurnalistlərin hədəfə düşməsini İsrailin əməliyyatlarının legitimliyinə kölgə salan ciddi problem kimi qiymətləndirib.

Mertz Belçika baş naziri Bart De Vever ilə Berlində keçirdiyi mətbuat konfransında İsrailin genişlənən hərbi əməliyyatına qarşı olduğunu bildirib. Onun sözlərinə görə, baş verənlər mülki əhali, xəstəxana işçiləri və jurnalistlər arasında qəbuledilməz itkilərə səbəb olub.

Qeyd edək ki, İsrail ordusu avqustun 25-də Qəzzanın Xan Yunis şəhərində yerləşən Nasser xəstəxanasına iki hücum həyata keçirib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 20 nəfər, o cümlədən 5 jurnalist və 5 tibb işçisi həyatını itirib. İsrail ordusu hücumlara görə məsuliyyəti üzərinə götürsə də, “birbaşa jurnalistləri hədəf almadığını” bildirib və araşdırma başladığını açıqlayıb.

Məqalədə: #İsrail #Almaniya #Qəzza zolağı #Qəzza münaqişəsi #İsrail hücumları #Jurnalistlərin hədəf alınması #Fələstinli jurnalistlərin təhlükəsizliyi #Fələstin jurnalistlərinə qarşı hücumlar #İsrail və Qəzza münaqişəsi #Nasser xəstəxanası

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

14:22
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

09:21
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.