8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hörmüz boğazının bağlanması İranın siyasəti deyil - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının bağlanmasının Tehranın rəsmi siyasətinə uyğun olmadığını açıqlayıb. O bildirib ki, ölkəsinin mövqeyi “tamamilə aydındır” və əsas hədəf Fars körfəzində sülh, sabitlik və təhlükəsizliyin qorunmasıdır.

27 Avqust 2025 11:49
Hörmüz boğazının bağlanması İranın siyasəti deyil - Əraqçi

BAKI, AzerVoice, Fərid Mikayılov

İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının bağlanmasının Tehranın rəsmi siyasətinə uyğun olmadığını açıqlayıb.

AzerVoice xəbər verir ki, o bildirib ki, ölkəsinin mövqeyi “tamamilə aydındır” və əsas hədəf Fars körfəzində sülh, sabitlik və təhlükəsizliyin qorunmasıdır.

Əraqçi vurğulayıb ki, İran iqtisadiyyatının böyük hissəsi neft istehsalı və ixracına əsaslandığı üçün beynəlxalq sularda sərbəst naviqasiya bütün ölkələr üçün həyati əhəmiyyət daşıyır.

“İran istehsalçı və ixracatçı dövlətdir. Ona görə də hamı üçün azad dəniz hərəkətini istəyirik”- deyə o bildirib.

Nazir bölgədə baş verən son hadisələrə toxunaraq, Qəzzada baş verənlər, Livan və Suriyada gərginlik, habelə ABŞ-İsrail hücumlarının region xalqlarına gerçək düşmənin kim olduğunu göstərdiyini deyib.

“Hamı anlayır ki, regionu zəif və parçalanmış saxlamaq istəyən əsas qüvvə İsraildir”- deyə Əraqçi qeyd edib.

Əraqçi nüvə proqramı ilə bağlı danışıqların perspektivinə də münasibət bildirib. Onun sözlərinə görə, İran Fransa, Böyük Britaniya və Almaniya ilə, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə yeni əməkdaşlıq çərçivəsi üzərində işləyir.

Nazir ABŞ-la birbaşa danışıqları istisna etsə də, dolayı təmaslara açıq olduqlarını qeyd edib.

“ABŞ hərbi hücum etməyəcəyinə zəmanət verərsə, dolayı danışıqlara hazırıq. Ədalətli, qarşılıqlı maraqlara əsaslanan müzakirələr hər iki tərəf üçün faydalı olar. Ancaq hərbi yolla əldə edə bilmədiklərini danışıqlar masasında qazanacaqlarını düşünürlərsə, bu baş tutmayacaq”- deyə nazir bildirib.

Məqalədə: #Qəzza #İsrail #İran #Fələstin #ABŞ #Tehran #MAQATE #Vaşinqton #İran XİN #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İsrail hücumları #İranın nüvə proqramı #Hörmüz boğazı #Avropa İran nüvə danışıqları #ABŞ İran toqquşması

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
7 Sentyabr 21:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.