4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Qəzza zolağına hücumu nəticəsində 58 fələstinli həlak olub

İsrail ordusunun gün ərzində Qəzza zolağının çoxsaylı bölgələrində mülki əhalini hədəf alan hücumları nəticəsində bu gün 58 fələstinli həyatını itirib. AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və şahidlərin bildirdiyinə görə, İsrailin Qəzza şəhərinə planlı işğalının bir hissəsi olaraq Qəzza zolağının şimal, mərkəzi və cənub hissələrində çoxsaylı bölgələrdə evlərə, mülki insanların toplaşdığı yerlərə və yardım istəyən insanlara hücumlar həyata keçirilib.

30 Avqust 2025 22:08
Baku
İsrailin Qəzza zolağına hücumu nəticəsində 58 fələstinli həlak olub

BAKI, AzerVoice, Zeynəb Raminqızı

İsrail ordusunun gün ərzində Qəzza zolağının çoxsaylı bölgələrində mülki əhalini hədəf alan hücumları nəticəsində bu gün 58 fələstinli həyatını itirib.

AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və şahidlərin bildirdiyinə görə, İsrailin Qəzza şəhərinə planlı işğalının bir hissəsi olaraq Qəzza zolağının şimal, mərkəzi və cənub hissələrində çoxsaylı bölgələrdə evlərə, mülki insanların toplaşdığı yerlərə və yardım istəyən insanlara hücumlar həyata keçirilib.

İsrail ordusu Qəzzanın şimalında Əl-Kərəmə məhəlləsində bir evi hədəfə alıb. Hücum zamanı bir ana və uşağı olan iki nəfər həlak olub, iki nəfər isə yaralanıb.

İsrailin Qəzza şəhərinin qərbində məcburi köçkün fələstinlilərin yerləşdiyi çadıra və ictimai çörək zavoduna təşkil etdiyi hücumda altısı uşaq olmaqla ümumilikdə 12 nəfər həlak olub.

Eyni zamanda Rimal, Cibəliyyə, Kerame, Tuffah, Zeytun və Sabra məhəllələrində də müxtəlif hücumlar həyata keçirib və onlarla insan həyatını itirib.

Deyr əl-Bəlahın girişindəki Səlahəddin küçəsini hədəf alan İsrailin bombardmanı nəticəsində bir fələstinli həlak olub.

Netzarim dəhlizi yaxınlığında insanların kömək gözlədiyi zaman 5 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İsrailin Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunisdə yardım qruplarına təşkil etdiyi iki ayrı hücumda 5 nəfər, Asda bölgəsində isə bir qadın həlak olub.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri İsrailin ABŞ-ın dəstəyi ilə Qəzzaya təşkil etdiyi hücumlarda 63,025 fələstinli həyatını itirib, 159,490 nəfər yaralanıb, 9,000-dən çox insan isə itkin düşüb. Əksəriyyəti qadın və uşaq olan qurbanlar arasında aclıq səbəbindən həlak olanların sayı da 121-i uşaq olmaqla 322 nəfərə çatıb.

Fələstin hökuməti və insan haqları təşkilatları İsrailin tibb işçilərini, xəstəxanaları və təcili yardım maşınlarını hədəf aldığını, bunun səhiyyə sisteminə qəsdən ziyan vurmaq məqsədi daşıdığını bildirir. Beynəlxalq ictimaiyyətə humanitar dəhlizlərin açılması və Qəzzaya yardımın çatdırılması üçün təcili tədbir görülməsi çağırışı edilib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin siyasəti #İsrail Fələstin münaqişəsi #İsrail və Qəzza münaqişəsi #İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.