6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Qətərin yanındadır - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian İsrailin Qətərə hücumunu kəskin şəkildə pisləyərək, İslam dünyasını vahid və praktiki mövqedən çıxış etməyə çağırıb. Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparan Pezeşkian vurğulayıb ki, İsrailin təcavüzkar siyasəti bölgəni qeyri-sabitliyə sürükləyir.

10 Sentyabr 2025 10:42
İran Qətərin yanındadır - Pezeşkian

BAKI,AzerVoice, Fərid Mikayılov

İran Prezidenti Məsud Pezeşkian İsrailin Qətərə hücumunu kəskin şəkildə pisləyərək, İslam dünyasını vahid və praktiki mövqedən çıxış etməyə çağırıb.

AzerVoice xəbər verir ki, Pezeşkian bildirib ki, İran Qətərin yanındadır və lazım gəldikdə bu ölkəni dəstəkləmək üçün bütün addımları atmağa hazırdır.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparan Pezeşkian vurğulayıb ki, İsrailin təcavüzkar siyasəti bölgəni qeyri-sabitliyə sürükləyir.

“İslam ölkələri həm sözlə, həm də əməli addımlarla bu açıq cinayətləri ciddi şəkildə qınamalı, beləliklə bu rejimin oxşar addımları təkrar etməsinin qarşısı alınmalıdır”- deyə o bildirib.

O, əlavə edib ki, İsrail beynəlxalq hüququn heç bir prinsipinə hörmət etmir və bu davranışlarını yalnız ABŞ-ın dəstəyi ilə davam etdirir.

Şeyx Təmim isə söhbət zamanı İsrail Baş naziri Benyamin Netanyahunun “cinayətlərində heç bir sərhəd tanımadığını” qeyd edərək, ABŞ-ın təqdim etdiyi atəşkəs planının HƏMAS tərəfindən müsbət qarşılandığını bildirib. Onun sözlərinə görə, HƏMAS rəhbərliyi planı müzakirə edərkən İsrail həmin görüşün keçirildiyi binaya hücum edib.

Qətər lideri ümid etdiyini bildirib ki, yaxın günlərdə İran, Qətər və digər İslam ölkələri əlaqələri intensivləşdirərək İsrailin təcavüzünün qarşısını almaq üçün birgə tədbirlər görəcəklər.

Xatırladaq ki, İsrailin Doha şəhərinə endirdiyi hava zərbəsi zamanı HƏMAS-ın qərargahı hədəf alınmışdır.

İran Prezidenti BMT-ni, İslam Əməkdaşlıq Təşkilatını və digər beynəlxalq qurumları hadisəyə dərhal, sərt və praktik cavab verməyə çağırıb. Onun sözlərinə görə, bölgədə qalıcı sülh yalnız işğal və təcavüzün dayandırılması ilə mümkündür.

Məqalədə: #İran #Tel-Əviv #Qətər #Doha #Tehran #Məsud Pezeşkian #İsrail və İran gərginliyi #Şeyx Təmim bin Həməd Əl Tani #İsrail hücumu Qətər #İsrail Qətər gərginlik

Mövzu üzrə digər xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

19:34
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.