5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BMT araşdırması İsrailin Qəzzada soyqırımı törətdiyini təsdiqləyib - İran

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Qəzzadakı hadisələrlə bağlı sərt bəyanatla çıxış edib. O, qeyd edib ki, 72 səhifəlik hüquqi təhlilə əsaslanan hesabat İsrail hakimiyyət orqanlarının və təhlükəsizlik qüvvələrinin Qəzza əhalisini qismən və ya tamamilə məhv etməyə yönəlmiş niyyətini təsdiqləyib.

18 Sentyabr 2025 11:11
BMT araşdırması İsrailin Qəzzada soyqırımı törətdiyini təsdiqləyib - İran

BAKI, AzerVoice, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Qəzzadakı hadisələrlə bağlı sərt bəyanatla çıxış edib.

AzerVoice xəbər verir ki, o, BMT İnsan Haqları Şurasının Navi Pillayın rəhbərlik etdiyi Komissiyasının hazırladığı hesabatı əsas gətirərək, İsrailin soyqırımı niyyəti ilə hərəkət etdiyini bildirib.

O, qeyd edib ki, 72 səhifəlik hüquqi təhlilə əsaslanan hesabat İsrail hakimiyyət orqanlarının və təhlükəsizlik qüvvələrinin Qəzza əhalisini qismən və ya tamamilə məhv etməyə yönəlmiş niyyətini təsdiqləyib.

Bəqai, xüsusilə Böyük Britaniyanın məsuliyyət daşıdığını vurğulayaraq, bu ölkənin İsrailin hərəkətlərinə haqq qazandırmaqdan imtina etməli olduğunu deyib.

“1 sentyabrda Birləşmiş Krallığın o zamankı Xarici İşlər naziri Devid Lammi parlamentə ünvanladığı məktubda İsrailin soyqırımı törətmədiyini iddia etmişdi. Lakin BMT Komissiyasının araşdırması bu iddiaları tamamilə təkzib edib” – deyə sözçü bildirib.

İranlı diplomat əlavə edib ki, İsrailin Qəzzada törətdiyi vəhşiliklər, qətliamlar və beynəlxalq hüququn açıq şəkildə pozulması artıq şübhə doğurmur. Onun sözlərinə görə, İsrailin soyqırım cinayətlərində iştirak edən və onu dəstəkləyən dövlətlər hüquqi və mənəvi məsuliyyət daşıyır, bu cinayətlərdə iştiraklarını dayandırmalıdırlar.

Məqalədə: #Qəzza #İsrail #İran #Qəzza zolağı #BMT #Böyük Britaniya #İran XİN #BMT Təhlükəsizlik Şurası #Qəzza hücumu #İsrail və İran gərginliyi #Qəzza müharibəsi #İsmayıl Bəqai #İsmayıl Bəqai ittihamları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.