12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Bosniya müharibəsində insan ovu iddiaları üzrə istintaq başladılıb

1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Saraybosna mühasirəsində pullu “həftəsonu snayper səfərləri” təşkil olunmasına dair iddialar İtaliyanın Milan Prokurorluğu tərəfindən araşdırılır. Məsələ, Qərb ölkələrindən gələn şəxslərin yüksək məbləğ ödəyərək mülki şəxslərə atəş açdığına dair məlumatların istintaqa təqdim edilməsindən sonra yenidən beynəlxalq gündəmə çıxıb.

15 Noyabr 2025 19:16
Bosniya müharibəsində insan ovu iddiaları üzrə istintaq başladılıb

BAKI,AzerVoice, Orxan Qədirzadə

Bosniya müharibəsində “həftəsonu snayper səfərləri” iddiaları üzrə İtaliyada istintaq başladılıb.

AzerVoice xəbər verir ki, 1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Saraybosna mühasirəsində pullu “həftəsonu snayper səfərləri” təşkil olunmasına dair iddialar İtaliyanın Milan Prokurorluğu tərəfindən araşdırılır. Məsələ, Qərb ölkələrindən gələn şəxslərin yüksək məbləğ ödəyərək mülki şəxslərə atəş açdığına dair məlumatların istintaqa təqdim edilməsindən sonra yenidən beynəlxalq gündəmə çıxıb.

İstintaqın başlanmasına səbəb olan italiyalı jurnalist Luka Gavazzeni açıqlamasında bildirib ki, bu qeyri-qanuni səfərlərə yalnız italiyalılar deyil, alman, fransız, ingilis və digər Qərb ölkələrinin varlı şəxsləri də qatılıb.

1990-cı illərdə zəngin Qərb vətəndaşları Bosniyada mülki şəxslərə atəş açmaq üçün böyük məbləğlər ödəyirdi

Gavazzeni qeyd edib ki, mövzu haqda ilk dəfə 1995-ci ildə İtaliya mətbuatında dərc olunmuş yazılar vasitəsilə məlumat əldə edib. 2022-ci ildə yayımlanan “Sarajevo Safari” sənədli filmi isə məsələni yenidən işıqlandırıb və iki şahidin ifadələri jurnalistin araşdırmasını genişləndirməsinə səbəb olub.

Jurnalistin sözlərinə görə, bu səfərlərə qatılan şəxslər əsasən yüksək gəlirli, cəmiyyətdə tanınan, ovçuluq və silahlara xüsusi marağı olan, varlı iş adamları və peşəkar mütəxəssislər olub.

Onların Bosniya ərazisinə – xüsusilə Saraybosna, Mostar, Pale və Srebrenitsaya aparıldığı bildirilir.

Gavazzeni vurğulayıb ki, yüksək məbləğ ödəyən bu şəxslər Saraybosnada mülki şəxslərə atəş açmaq imkanı əldə edirdilər və heç bir kateqoriya istisna təşkil etmird.

“Uşaq, qadın və ya yaşlı kişi – fərqi yox idi. Bu şəxslər istənilən mülki şəxsi hədəf seçə bilirdilər. Onlara mütləq şəkildə bölgəni tanıyan bələdçilər və müşayiətçi şəxslər dəstək verirdi.”-deyə o bildirib.

İştirakçıların sayı ilə bağlı dəqiq rəqəm verilməsə də, jurnalist əldə olunan məlumatların yüzlərlə şəxsin bu səfərlərə qatıldığını göstərdiyini bildirib.

İtaliyada rəsmi istintaq – sənədlər Carabinieri ROS-a göndərilib

Gavazzeni 2022–2023-cü illərdə topladığı məlumatları bir araya gətirərək bu ilin fevralında Milan Prokurorluğuna 17 səhifəlik şikayət məktubu təqdim edib. Prokurorluq dosyeni bağlamayıb və oktyabr ayında rəsmi istintaq başladıldığını açıqlayıb. Araşdırma İtaliya Jandarmasının terror və mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsi — Carabinieri ROS tərəfindən aparılır.

Jurnalist bildirib ki, oktyabr ayında vəkili və hüquq müşaviri ilə birlikdə prokurorluğa çağırılıb və araşdırma müddətində əldə etdiyi əlavə məlumatların hamısını istintaqa təqdim edib.

Xatırladaq ki, Saraybosna 6 aprel 1992-ci ildə Serb qüvvələri tərəfindən mühasirəyə alınmış, 3,5 il davam edən hücumlar nəticəsində 11 541 mülki şəxs, o cümlədən 1 601 uşaq həyatını itirmiş, şəhərin mədəni və tarixi irsi ciddi dağıntılara məruz qalmışdı.

2021-ci ildə yayımlanan yeni videomateriallar Saraybosnada mülki şəxslərin snayper atəşi ilə hədəf alınmasının bir daha sübutu kimi qiymətləndirilmişdi.

Məqalədə: #Bosniya və Hersoqovina #Bosniya müharibəsi #Bosniya soyqırımı #Bosniya müharibəsində müsəlmanların öldürülməsi #Srebrenitsa qətliamı #Bosniya müharibəsində kimlər öldü? #Bosniya müharibəsi haqqında qısa məlumat #Serb şovinistləri #Saraybosna qətliamı #İtaliyanın Milan Prokurorluğu #Luka Gavazzeni

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45

Son Xəbərlər

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
11:23
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.