Serbiya Prezidenti Vuçiç Bosniya müharibəsində iştirakı ilə bağlı ittihamları rədd edib
Serbiya Prezidenti Aleksandar Vuçiç 1992–1993-cü illərdə Saraybosnada mülki vətəndaşlara qarşı snayper hücumlarında iştirak etməkdə ittiham olunmasını qəti şəkildə rədd edib. İddialar Xorvatiyalı jurnalist Domagoy Marqetiç tərəfindən Milanda prokurorluğa təqdim olunan şikayətdə əksini tapıb.
Bosniya müharibəsində insan ovu iddiaları üzrə istintaq başladılıb
1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Saraybosna mühasirəsində pullu “həftəsonu snayper səfərləri” təşkil olunmasına dair iddialar İtaliyanın Milan Prokurorluğu tərəfindən araşdırılır. Məsələ, Qərb ölkələrindən gələn şəxslərin yüksək məbləğ ödəyərək mülki şəxslərə atəş açdığına dair məlumatların istintaqa təqdim edilməsindən sonra yenidən beynəlxalq gündəmə çıxıb.