7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Serbiya Prezidenti Vuçiç Bosniya müharibəsində iştirakı ilə bağlı ittihamları rədd edib

Serbiya Prezidenti Aleksandar Vuçiç 1992–1993-cü illərdə Saraybosnada mülki vətəndaşlara qarşı snayper hücumlarında iştirak etməkdə ittiham olunmasını qəti şəkildə rədd edib. İddialar Xorvatiyalı jurnalist Domagoy Marqetiç tərəfindən Milanda prokurorluğa təqdim olunan şikayətdə əksini tapıb.

22 Noyabr 2025 19:39
Serbiya Prezidenti Vuçiç Bosniya müharibəsində iştirakı ilə bağlı ittihamları rədd edib

Bakı,AzerVoice, Orxan Qədirzadə

Serbiya Prezidenti Aleksandar Vuçiç 1992–1993-cü illərdə Saraybosnada mülki vətəndaşlara qarşı snayper hücumlarında iştirak etməkdə ittiham olunmasını qəti şəkildə rədd edib. AzerVoice xəbər verir ki, iddialar Xorvatiyalı jurnalist Domagoy Marqetiç tərəfindən Milanda prokurorluğa təqdim olunan şikayətdə əksini tapıb.

Marqetiç iddia edir ki, Vuçiç Bosniya müharibəsi zamanı Serb Radikal Partiyasına bağlı könüllü silahlı dəstənin üzvü olub və Saraybosnadakı Yəhudi Qəbiristanlığı mövqelərində xidmət edib. Şikayətə görə, həmin mövqelər bölgəyə gələn xarici şəxslərin mülki vətəndaşlara “insan ov turu” çərçivəsində snayper atəşi açdığı qeyri-qanuni fəaliyyətlərin həyata keçirildiyi ərazilərdən biri olub.

İddialarda o da bildirilir ki, müharibə dövründə Saraybosnada snayper hücumlarında iştirak edənlər arasında yalnız serblər deyil, İtaliya, ABŞ, Rusiya və Kanadadan gələn şəxslər də olub.

Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez də daha əvvəl Vuçiçi mülki şəxslərə atəş açmaqda ittiham etmişdi.

Vuçiç ittihamları rədd edərək bildirib ki, həmin dövrdə jurnalist kimi fəaliyyət göstərib və snayper tüfəngi daşımayıb. Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə dövlət başçısı kadrda görünənin tüfək deyil, “çətir” olduğunu bildirib.

Bosniya müharibəsi zamanı Saraybosna dörd ilə yaxın mühasirədə qalıb və 11.541 nəfər, o cümlədən 1.601 uşaq həyatını itirib. Onlarla uşağın snayper atəşi ilə öldürüldüyü qeyd olunur.

Məqalədə: #Serbiya #Xorvatiya #Bosniya və Hersoqovina #Aleksandar Vuçiç #Bosniya soyqırımı #Bosniya müharibəsində müsəlmanların öldürülməsi #Saraybosna qətliamı #Domagoy Marqetiç #insan ov turu #Serb Radikal Partiyası #Vuçiçin Bosniya qətliamında iştirakı iddiası

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

20:30
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Digər Dövlətlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

5 Sentyabr 18:38
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Digər Dövlətlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

28 Avqust 19:14

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.