Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Serbiya Prezidenti Aleksandar Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı BMT-nin müharibə cinayətləri üzrə məhkəmə qurumunu tənqid edib. Mladiç 83 yaşında Haaqadakı saxlanma mərkəzində vəfat edib. O, Bosniya müharibəsi zamanı törədilmiş soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə ömürlük həbs cəzası çəkirdi. Mladiç ötən ay səhhəti ilə əlaqədar Serbiyaya buraxılması üçün müraciət etmişdi. Məhkəmə onun müraciətini rədd etmişdi. Vuçiç Mladiçin Serbiyada ölməsinə icazə verilməməsini “qeyri-sivil davranış” adlandırıb. Serbiya Prezidenti ailəsinin istəyi olacağı təqdirdə Mladiçin Serbiyada dəfninin təşkilinə kömək ediləcəyini bildirib. Belqrad hazırda onun nəşinin Serbiyaya qaytarılıb-qaytarılacağı barədə Haaqadan məlumat gözləyir.
Bosniya: Müstəqillik arzusu və müsəlmanların qətliamı - heç vaxt unudulmayacaq gerçəklər
Bosniya Müharibəsi, Yuqoslaviyanın dağılmasından sonra etnik gərginliklərin alovlanması ilə baş verən, xüsusilə müsəlman əhalisinin sistemli şəkildə hədəf alındığı qanlı bir vətəndaş müharibəsidir.
Bosniya müharibəsində insan ovu iddiaları üzrə istintaq başladılıb
1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Saraybosna mühasirəsində pullu “həftəsonu snayper səfərləri” təşkil olunmasına dair iddialar İtaliyanın Milan Prokurorluğu tərəfindən araşdırılır. Məsələ, Qərb ölkələrindən gələn şəxslərin yüksək məbləğ ödəyərək mülki şəxslərə atəş açdığına dair məlumatların istintaqa təqdim edilməsindən sonra yenidən beynəlxalq gündəmə çıxıb.
ABŞ-də Bosniyada cinayət turizmi iddiaları ilə bağlı araşdırma başladılıb
ABŞ-də Bosniya müharibəsi zamanı baş verən “cinayət turizmi” iddiaları ilə bağlı yeni araşdırma başladılıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna, X sosial şəbəkəsində yayılan məlumatlar fonunda, Bosniyada mülki şəxslərə - o cümlədən uşaqlara - pul qarşılığında atəş açıldığı iddialarının artıq rəsmi şəkildə araşdırıldığını bildirib.