6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Husilər casusluqda ittiham edilən 17 nəfərə edam cəzası verib

Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan ixtisaslaşdırılmış məhkəmə 17 nəfəri xarici ölkələrə casusluqda ittiham edərək edam cəzasına məhkum edib.

23 Noyabr 2025 20:48
Husilər casusluqda ittiham edilən 17 nəfərə edam cəzası verib

Bakı,AzerVoice, Orxan Qədirzadə

Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan məhkəmə 17 nəfəri xarici ölkələrə casusluqda ittiham edərək edam cəzasına məhkum edib.

AzerVoice xəbər verir ki, məhkəmənin hökmü şənbə günü husilərə bağlı SABA agentliyi tərəfindən açıqlanıb. Məhkəmə qərarına əsasən, hökmdə adı çəkilən şəxslər ABŞ, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyatına bağlı “casus şəbəkəsinin üzvləri” kimi tanınıb və onların ictimai şəkildə güllələnməsi qərara alınıb.

Məlumata görə, daha bir kişi və qadın 10 il müddətinə azadlıqdan məhrum edilib, bir nəfər isə bəraət alıb. Hökm apellyasiya oluna bilər. Bu barədə təqsirləndirilən şəxslərdən bəzilərinin vəkili Əbdülbasit Ğazi məlumat verib.

İttihama əsasən, məhkum edilənlər 2024-2025-ci illər ərzində Yəmənlə düşmən münasibətdə olan ölkələrə casusluqda ittiham olunublar. Prokurorluq bildirib ki, həmin şəxslər ABŞ, Böyük Britaniya, İsrailin “Mossad” xidməti və Səudiyyə Ərəbistanı kəşfiyyatı ilə əməkdaşlıq ediblər.

SABA agentliyinin məlumatına görə, ittiham olunanlar dövlət rəsmilərinin hərəkətləri, obyektlərin koordinatları və raket sistemləri barədə məlumatları xarici tərəflərə ötürüb. Bunun nəticəsində müxtəlif hərbi və mülki obyektlərə zərbələr endirilib, onlarla insan həlak olub, infrastrukturda geniş dağıntılar baş verib.

Bu qərar husilərin nəzarətində olan ərazilərdə son illər həyata keçirilən mühakimə silsiləsinin növbəti mərhələsi hesab olunur. 2014-cü ildən başlayan vətəndaş müharibəsindən sonra İranın dəstəklədiyi husilər minlərlə şəxsi, o cümlədən BMT əməkdaşlarını həbs edib.

Son iki ildə husilər beynəlxalq təşkilatlar və xarici diplomatik missiyalarla əlaqəli şəxslərə qarşı kütləvi həbslər həyata keçiriblər. Hərəkat iddialarını casusluqla əsaslandırsa da, BMT bu ittihamları əsassız adlandırır.

Husilərin nəzarətində olan məhkəmələr əvvəllər də buna bənzər sərt hökmlər çıxarıb. 2021-ci ildə “Səudiyyə koalisiyası ilə əməkdaşlıqda” ittiham olunan doqquz nəfər edam edilmişdi. 2023-cü ildən isə hərəkat İsrail və Qırmızı dənizdəki gəmilərə qarşı raket və PUA hücumları həyata keçirməyə başlayıb.

ABŞ və İsrail buna cavab olaraq Yəməndə husilərə qarşı hava və dəniz əməliyyatları həyata keçirib. Hücumların birində isə qiyamçıların qurduğu hökumətin baş naziri və kabinənin böyük hissəsi öldürülmüşdü.

Məqalədə: #İsrail #BMT #Səudiyyə Ərəbistanı #ABŞ #Böyük Britaniya #Yəmən #Qırmızı dəniz #Husilər #MOSSAD #Husiilər və İran əlaqələri #Qırmızı dənizdə Husi hücumları #Husiilərin Yəməndə hərbi planları #Səna #Husilər və beynəlxalq ticarət #Husilər və ABŞ münasibətləri #Mossad casus şəbəkələri #SABA agentliyi #Əbdülbasit Ğazi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

10:45
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.