7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya Türkiyənin Ukrayna danışıqları üçün platforma təklifini yüksək qiymətləndirir - Zaxarova

Rusiya Türkiyənin Moskva və Kiyev arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olmasına minnətdardır, lakin Kiyev bu formatdan imtina edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova noyabrın 27-də keçirdiyi brifinqdə bildirib.

28 Noyabr 2025 02:00
Rusiya Türkiyənin Ukrayna danışıqları üçün platforma təklifini yüksək qiymətləndirir - Zaxarova

BAKI, AzerVoice, Orxan Qədirzadə

Rusiya Türkiyənin Moskva və Kiyev arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olmasına minnətdardır, lakin Kiyev bu formatdan imtina edir. AzerVoice xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova noyabrın 27-də keçirdiyi brifinqdə bildirib.

Zaxarova xatırladıb ki, Moskva İstanbul formatından heç vaxt imtina etməyib. Onun sözlərinə görə, danışıqların dondurulması qərarı Kiyevə məxsusdur. “Onlar iyuldan bəri bizdən gələn təkliflərə, o cümlədən siyasi, hərbi və humanitar məsələlər üzrə üç işçi qrupunun yaradılması ideyasına cavab verməyiblər”, - deyə diplomat vurğulayıb.

Brifinqdə o da bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son telefon danışığında Rusiya Prezidenti Vladimir Putinə Ankaranın Ukrayna üzrə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Zaxarovanın sözlərinə görə, Vaşinqtonun Ukrayna üzrə təklif etdiyi “sülh planı” ətrafındakı qeyri-rəsmi məlumatlar və sızmalar siyasi-diplomatik prosesləri pozmaq məqsədi daşıyır. “Müstəqil mənbələrə istinad edən bu cür ‘qəsdən yayılan dezinformasiyalar’ məhz planlaşdırılan danışıqları əngəlləməyə yönəlib”, - deyə o bildirib.

Diplomat əlavə edib ki, ABŞ planının müzakirəsi ilə bağlı konkret diplomatik tədbirlər planlaşdırıldıqda Moskva bunu rəsmi olaraq açıqlayacaq.

Zaxarova NATO-nun Ukrayna üzrə istənilən sülh təşəbbüsünə kəskin reaksiya verdiyini deyib. Onun sözlərinə görə, NATO rəhbərliyi danışıqlar prosesini “torpedomalaşdırmağa” davam edir:
“Onların ritorikası göstərir ki, siyasi-diplomatik həll variantları informasiya mühitində dərhal hücumla üzləşir.” - Zaxarova deyib.

O, NATO-nun Rusiyanı uzunmüddətli təhdid kimi təqdim etməsinin məqsədinin Avropadakı genişmiqyaslı hərbi xərcləri əsaslandırmaq olduğunu vurğulayıb. “Rusiyaya aid olmayan ‘aqressiv niyyətlər’ bizə dəfələrlə aid edilib, lakin bunların heç biri reallığa uyğun deyil”, - deyə o əlavə edib.

Zaxarova Avropa Komissiyasının “hərbi qüvvələrin sürətli hərəkət” sistemi yaratmaq qərarını NATO-nun Rusiya sərhədlərinə qoşun və ağır texnika dislokasiyasını sürətləndirmək cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, Moskva bu prosesləri diqqətlə izləyir və müdafiə planlamasında nəzərə alır.

Diplomat vurğulayıb ki, “hərbi Şengen” konsepsiyası Avropa İttifaqının miqyası genişlənmiş hərbi infrastruktur yaratmaq niyyətini göstərir.

Zaxarova qeyd edib ki, bir çox Avropa ölkələrinin siyasi rəhbərliyi “antirusiya kursunu” davam etdirir və bu xəttin dəyişəcəyinə dair heç bir əlamət görünmür. Onun sözlərinə görə, bu mövqe daxili siyasi və iqtisadi problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır.

Diplomat əlavə edib ki, Aİ ölkələri Ukraynaya silah tədarükünü genişləndirməklə öz əhalisinin maraqlarına zidd addımlar atır və bu siyasət danışıqların bərpasını mümkünsüz edir.

Zaxarova Yaponiya Baş naziri Sanae Takaichinin Tokyo-nun üç qeyri-yadrov(nüvə silahından imtina prinsipi) prinsipinin yenidən nəzərdən keçirilə biləcəyi barədə bəyanatını “provokasiya” adlandırıb. Onun sözlərinə görə, belə açıqlamalar Asiya-Sakit okean regionunda gərginliyi artırır və Yaponiyanın uzun illər qeyri-yadrov mövqeyinə ziddir.

Diplomat qeyd edib ki, bu məsələ Hirosima və Naqasaki sakinləri arasında ciddi narahatlıq yaradıb.

Məqalədə: #Zaxarova: Rusiya Türkiyənin Ukrayna danışıqları təşəbbüsünü yüksək qiymətləndirir #Moskva: Kiyev İstanbul formatından imtina edib #Rusiya ABŞ-ın Ukrayna planı ilə bağlı sızmaları siyasi təzyiq adlandırdı #Zaxarova: NATO sülh təşəbbüslərinə kəskin reaksiya verir #Rusiya Aİ və NATO-nun hərbi hazırlıqlarını izləyir #Yaponiya hökumətinin nüvə prinsipləri bəyanatı Moskvada narahatlıq yaradıb #Zaxarova: Avropa antirusiya kursundan geri dönmür #Moskva: Aİ ölkələri danışıqları əngəlləməyə çalışır #Rusiya və Türkiyə Ukrayna üzrə diplomatik səyləri müzakirə edib #Rusiya NATO-nu danışıqları torpedomalamaqda ittiham edir #Aİ-nin hərbi Şengen planı Moskvanın reaksiyasına səbəb oldu #Tokioya xəbərdarlıq: Rusiya nüvə prinsiplərinin dəyişdirilməsinə qarşıdır #Rusiya Kiyevin danışıqlardan imtina etdiyini bəyan etdi #Türkiyənin Ukrayna üzrə vasitəçilik səylərinə Moskvanın reaksiyası #ABŞ-ın Ukrayna planı haqqında sızmalar nəyi dəyişəcək?

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.